"Mercedes" "KamAZ"la toqquşdu: 1 ölü, 1 yaralı

"Mercedes" "KamAZ"la toqquşdu: 1 ölü, 1 yaralı

Hacıqabul rayonunun Nəvahı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən BiG.AZ-a verilən məlumata görə, avqustun 21-də saat 7 radələrində Hacıqabul rayonunun Nəvahı kəndi ərazisində Ağstafa rayon sakini R.Fərəcov idarə etdiyi “Mercedes” markalı avtomobili qarşıda gedən Saatlı rayon sakini B.Rəcəbovun idarə etdiyi “KamAZ” markalı avtomobilə vurub.

Nəticədə R.Fərəcovun sərnişinlərindən Şahin İsmayılov hadisə yerində ölüb, digər sərnişini xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 575 Tarix: 22.08.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər