Növbəti hovuz faciəsi - 12 yaşlı qızın əlini nasos sovurdu

Növbəti hovuz faciəsi - 12 yaşlı qızın əlini nasos sovurdu

İstirahət üçün məşhur otellərdən birinə yollanan ailə bədbəxt hadisə ilə qarşılaşıb.

Hadisə Türkiyənin Bodrum bölgəsində yaşanıb. 12 yaşlı Rusiya vətəndaşı Alisa Adamova hovuzda üzərkən su nasosu onu dartıb. Həmin an azyalının əli borunun içinə girib. Suyun altında boğulma təhlükəsi ilə üz-üzə qalan uşağa ilk yardımı atası edib. Lakin, övladını sudan çıxara bilməyən valideynin köməyin daha 7 nəfər gəlib.

Hovuzdan çıxarılan A.Adamova öncə Bodrumdakı xəstəxanaya çatdırılıb. Ürəyi dayanan uşağı həyata qaytaran həkimlər, onu Denizlidəki, digər xəstəxanaya köçürüblər.

Bu gün isə Türkiyəyə rusiyalı həkimlər gəlib. Onlar reanimasiyada olan Alisa Adamovanın hazırkı vəziyyətini müşahidə edirlər. Rusiyanın Xarici İşlər naziri Mariya Zaharova Türkiyəyə müraciət edərək məsul şəxslərdən xəsarət alan qızla bağlı əllərindən gələni etməyini istəyib.

Hazırda A.Adamovanın Rusiyaya göndərilməsi ilə bağlı işlər görülür.

News24.az

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1648 Tarix: 22.08.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər