"Məhrəbanı açıb, çılpaq bədənini göstərəndə, axmaq kimi gözlərimi yumdum" - Bakirliyini Merilin Monro ilə itirən məşhur aktyor

"Məhrəbanı açıb, çılpaq bədənini göstərəndə, axmaq kimi gözlərimi yumdum" - Bakirliyini Merilin Monro ilə itirən məşhur aktyor

"The Godfather" ( Xaç atası ) filminin aktyoru mərhum aktrisa Merilin Monro ilə bağlı etiraf edib.

Aktyor Gianni Russo ( Cani Ruso ) Merilin Monro ilə 15 yaşındaykən intim münasibətdə olduğunu dilə gətirib. Aktyorun dediyinə görə, 33 yaşlı aktrisa onu yatağa atıb və o, həyatında ilk dəfə bir qadınla cinsi əlaqədə olub.

Cani Russo düşünür ki, Merilin Monro sağ olsaydı, çox güman ki, bu etirafdan sonra həbs ediləcəkdi. Çünki, həmin vaxt Cani Russonun 15 yaşı olub.

"Xaç atası" filmində Karlo Rizzi obrazını canlandıran aktyor Merilin Monro ilə onun ölümünə qədər münasibət yaşadığını iddia edib.

Hazırda 75 yaşı olan aktyor Merilin Monro ilə birlikdə duş qəbul etdiyini də söyləyib.

"Merilin Manro məni "kişi" edən qadın oldu", - aktyor "The Sun"a müsahibəsində söyləyib.

"Bu günkü gündə belə birşey baş versəydi, böyük ehtimal, Merilin həbs olunacaqdı. Amma, mən baş verənlərə görənlərə peşmanam? Təbii ki, yox. Mən dünyanın bir nömrəli seks simvolu ilə yatmışdım, həm də ki, onun istəyi ilə ilk dəfə cinsi əlaqədə olurdum.

"Bir dəfə onun qaldığı yerə getmişdim. Yataq yığılmamışdı, ətraf səliqəsiz idi. O, çılpaq bədəninə məhraba bağlamışdı. Birdən məhrəbanı açıb, çılpaq bədənini göstərəndə, axmaq kimi gözlərimi yumdum. Sonra, o, şampan açaraq məni hamama apardı və bakirliyimi itirdim. Ürəyim sərçə ürəyi kimi döyünürdü"

Qeyd edək ki, Merilin Monro 1962-ci ilin avqust ayında yüksək dozada narkotik maddə qəbul etdiyinə görə dünyasını dəyişib.

milli.az

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 1709 Tarix: 22.08.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər