Xalq artisti vəfat etdi - FOTO

Xalq artisti vəfat etdi - FOTO

Rusiyanın Xalq artisti, aktrisa Aleksandra Nazarova 79 yaşında dünyasını dəyişib.

BiG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə M.N.Yermolova adına Moskva Dram Teatrının saytında məlumat verilib.

Teatrın art direktorunun müavini Qalina Boqolübova "REN TV"yə açıqlamasında bildirib ki, bir neçə ay əvvəl aktrisa xəstəxanada ağciyərlərində yaranan problemlər səbəbindən müalicə alırmış.

Qeyd edək ki, A. Nazarova 1940-cı il iyulun 17-də Leninqrad şəhərində anadan olub. O, teatr fəaliyyəti ilə bərabər 100-ə yaxın filmdə rol alıb. Bundan əlavə, 30-a yaxın cizgi filminin, eləcə də 70-ə yaxın kinofilmin dublyajında iştirak edib. Aktrisa 2001-ci ildə Rusiya Federasiyasının "Xalq artisti" fəxri adına layiq görülüb.

Xalq artisti vəfat etdi - FOTO


Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 3011 Tarix: 21.08.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər