"Oğlumu ustalıqla, fəhləliklə böyütmüşəm, pis ata olmamışam" - Orxanın atası

"Oğlumu ustalıqla, fəhləliklə böyütmüşəm, pis ata olmamışam" - Orxanın atasıİki gün öncə ölkə mediasında Bağıyev Orxan adlı bir gəncin ailə dramı barədə yazılar yer aldı. Məlumatlarda Orxan Bağıyevin atasının təzyiqlərinə məruz qalması, ali məktəbə daxil olsa da atasnın onun attestatını cıraraq məktəbə getməsinə mane olması barədə xəbərlər yer alırdı.

Bizim yol.Info saytı bu məsələni araşdırmağa qərar verib. Orxan Bağıyevin bildirdiyinə görə onun anası 2005-ci ildə xəcəng xəstəliyindən dünyasını dəyişib. Atası ikinci dəfə ailə qurub. Atası fəhlə işləyir. İki qardaşı və bir bacısı var. Bir qardaşı hərbi xidmətdədir. Digər qardaşı ailədən ayrı yaşayır və işləyir. Orxan orta məktəbi bu il bitirib və Azərbaycan Dillər Universitetinə daxil olub. Bir müddət öncə evdə ailəiçi problemlər yaşanmağa başlayıb.

Orxan atasını məhkəməyə verəcəyini bildirərək, israrla atasının onun şəxsi həyatına qarışdığını qeyd edir. Azərbaycanda fəaliyyət göstərən UAFA təşkilatı Orxan Bağıyevə dəstək göstərib və sənədlərini vaxtında qəbul olunduğu Dillər Universitetinə təqdim etmək üçün ona yardımçı olub.
Ailə Qadın Uşaq Komitəsindən Bizimyol.info saytına verilən məlumata görə, Orxan Bağıyev barəsində onlarda hələ ötən ildən məlumat var.Hər şey ilk baxışda göründüyü kimi deyil. Problemin arxasıda nə dayanır? Media orqanlarının məzlum kimi cəmiyyətə tanıtdğı bu oğlan əslində kimdir? Bəlkə məsələnin arxasında başqa şeylər də dayanır. Ali məktəbə girdiyi halda niyə ata öz oğlunu israrla əsgərliyə yola salmaq istəyir (Orxan belə iddia edir).Bəlkə atanın sosial şərtləri oğlunu oxutmağa imkan vermir?. Bu pərdəni aralamağa çalışdıq.

Orxan Bağıyevin atası Natiq Aydın oğlu Bağıyevin Bizimyol.info saytına verdiyi açıqlamada bildirilir ki, o Orxanın oxumağına qarşı çıxmayıb:

"Orxan və qardaşlarını mənim ikinci xanımım böyüdüb. Anaları rus idi, Rusiya vətəndaşı idi. O rəhmətə gedəndən sonra onları mən böyüdüb, başa çatdırmışam. Ustalıqla, fəhləliklə. Orxanı oxutmaq fikrim yox idisə niyə onun şəxsiyyət vəsiqəsini gizlətmədim, niyə imtahana girməsinə mane olmadım? Deyir uşaqlıqdan işləyirəm, uşaqlıqdan işləyirdisə orta məktəbdən attestatı necə aldı? 18 yaşı olanda şəxsiyyət vəsiqəsini alıb işləməyə başladı. Hətta həmin gü3n həyətdə dostlarımız da gəlmişdi , onlarla oturmuşduq, dedi ki, ata işləyib sənin belini müalicə etdirəcəm. Mən də dedim özünə pal-platar alarsan.

Onlarn Rusiyadakı nənəsi ilə xalası evimizi əlimzdən almaq üçün uşaqları qızışıdırb üstümə salırlar. Mən atayam , oğlum tərbiyəli olsun deyə, gecə içib evə sərxoş halda gəlirsə hirslənməyə haqqım yoxdurmu? Mənə deyir sərbəst yaşamaq istəyirəm. Problem bundadır. Nənələri deyir uşaqlar Rusiya vətəndaşıdırlar, niyə Azrbaycanda əsgərlikdən keçməlidirlər. Uşaqlar Azərbaycan vətəndaşıdırlar. Vətən borclarını da verməlidirlər. Amma mən "oxumasın, əsgər getsin" demirəm. Orxanı qardaşı 12 il ona çörək vermiş analığını boğaraq divara dirəyib, Orxan da məni polislə, məhkəmə ilə hədələyir.

Madam ki, haqqımda belə iftiralar yayır, mən də bu işi məhkəmə yolu ilə həll edəcəm. Nənəsi ilə xalasının mənə göndərdiyi səs yazılarını eşidədə adam utanır, qadın elə söyüşlər söyür .Bu həmin nənədir ki, anaları rəhmətə gedəndə uşaqları internata vermək istəyirdi, mən narazılqı edib qoymadım, dedim uşaqları özüm böyüdəcəm. Orxanın böyük qardaşı bir neçə il öncə narkotiklə tutulmuşdu, elə evdən o qaçan oldu. Orxan da 18 yaşı olub işləməyə başlayanda onun başını pozdu ki, mən qazanıb qəlyanxanalarda kef çəkirəm , sən amma zəhmət çəkirsən. O da beləcə qardaşına qoşulmaq istədi. Orxanı tək bir dəfə vurmuşam, içib saat birdə gəlmişdi, onda da çantasıını öncədən hazırlaybmış , dedi gedirəm.Axı mən pis ata olmamışam". Bunlar Orxanın atasının dedikləridir.

Hər bir halda Orxan oxuyub , ali təhsil alacaq, cəmiyyət ona bu dəstəyi verdi. Amma ümid edirik ki, atası ilə aralarında yaranmış bu gərginliyi də gələcəyin ziyalısı olaraq özü həll etməyə çalışacaq.Öncə evinə oğul olmaq lazımdır, daha sonra elinə.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3268   Tarix: 20 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Albaniyanın Azərbaycandan qaz idxal etmək istəyi haqqında

"Bu istək təzə deyil. Hələ 16 il əvvəl Albaniya bu istəyini 2008-ci ildə Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilmiş zirvə görüşündə bildirmişdir. Bunun üçün əla fürsət var. Çünki, Yunanıstanın Türkiyə ilə sərhədində yerləşən Kipoi kəndindən başlayan TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 21

16:37 0
.

Parisdə PKK terroru: 3 yaralı

Fransada terror təşkilatı tərəfdarı olan PKK-nın tərəfdarlarının terror təşkilatı tərəfdarının Türkiyəyə deportasiyasının qarşısını almaq məqsədilə Şarl de Qoll Hava Limanındakı məmurlara hücum edib. BİG.az xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb. Terror təşkilatına simpatiyası olan təqribə

16:16 0
.

Şahmar Hüseynova yeni vəzifə verildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilən Şahmar Hüseynovun yeni iş yeri bəlli olub. SOCAR-dan "Qafqazinfo"ya verilən məlumata görə, o, fəaliyyətini bu şirkətdə davam etdirəcək. Belə ki, Ş.Hüseynov müvafiq əmrl

20:29 0
.

Gəlinə verilən hədiyyə boşananda bölünməyəcək

Nişan-toy mərasimlərində ərə və ya arvada verilən hədiyyələr onların ayrıca əmlakı hesab olunacaq. "Qafqazinfo"nun məlumatına görə, bu barədə Ali Məhkəmənin "Ər və arvadın əmlaklarının bölünməsi" ilə bağlı Plenum qərarında əks olunub. Qeyd edilib ki, mərasimlərdə ümumilikdə ailəy

14:37 262
.

Almaniyada avtobus aşması nəticəsində 4 nəfər ölüb

Almaniyanın Leypsiq şəhərində avtobus aşması nəticəsində 4 nəfər ölüb, 20-dən çox insan yaralanıb. xəbər verir ki, Almaniyanın paytaxtı Berlindən yola düşən avtobus İsveçrənin Sürix şəhərinə gedirmiş. Ümumilikdə 55 nəfər, 53 sərnişin və 2 sürücü olub. Avtobus Leypsiqdə magistral yolu keçərkən naməlu

21:15 0
.

ABŞ Qəzzadakı soyqırımı qəbul etməyib

Amerika Birləşmiş Ştatları BMT-nin İsrailin Qəzzada soyqırım törətdiyinə dair hesabatını rədd edib. xəbər verir ki, ABŞ Dövlət Departamenti İsrailin soyqırım törətmədiyini iddia edib. Nazirliyin sözçüsü Metyu Miller, Tel-Əviv rəhbərliyinə dəstəyin davam etdiyini açıqlayıb. Birləşmiş Millətlər Təşkilatını

21:00 0
.

Ebru Şallının əri ilə bağlı qərar verildi

Türkiyəli model Ebru Şallının həyat yoldaşı Uğur Akkuşun məhkəməsi başa çatıb. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Akkuşun dələduzluğa görə 4 il 2 ay həbsi tələb olunub. Uğurun həbsi 83 min 320 lirə pul cəzası ilə əvəz olunub

22:15 0
.

"Verdiyi koordinatlar o qədər dəqiq idi ki..." - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO

"Verdiyi koordinatlar o qədər dəqiq idi ki, biz ona öz aramızda "Doktor" ləqəbi qoymuşduq. Onda həkim dəqiqliyi var idi". Bu sözləri Milli Qəhrəman Elbrus Allahverdiyev haqqında İctimati TV-ə danışan döyüş yoldaşları deyib. Döyüş yoldaşları Milli Qərhəmanın şücaətlərindən danışarkə

22:12 0
.

İsrail ordusu 25 fələstinlini əsir götürüb

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı biri uşaq olmaqla 25 fələstinlini əsir götürüb. xəbər verir ki, Fələstin Məhbuslar Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Məhbuslar və Azad Edilən Nümayəndə heyətinin birgə bəyanatına görə, İsrail qüvvələri İorda

21:45 0