Bu 7 dərmanın qəbulunda səvhlərə yol verirsiz – Dərmanlar haqqında hər şey

Bu 7 dərmanın qəbulunda səvhlərə yol verirsiz – Dərmanlar haqqında hər şeyDərman qəbulunda səhvə yol verməmək üçün tibbi təhsilə ehtiyac yoxdur, xəstənin bir qədər həyat təcrübəsinin, həkimi dinləmək qabiliyyətinin, dərmanın instruksiyasını oxumaq istəyinin olması yetərlidir.

Çox insanlar resept-resept dərman alsalar da, onun qəbulunda yol verdikləri ciddi səhvlər dərmanın, müalicənin təsirini heçə endirir. Bəzi insanlar isə zaman-zaman o qədər maariflənirlər ki, dərmanlar üzrə ekspertə çevrilirlər.

BiG.AZ medicina-ya istinadən insanların qəbulu zamanı daha çox yanlışlıqlara yol verdiyi və həkimlərin etiraz etdiyi 7 məqamı diqqətinizə çatdırır. Bu fikirlər elmi tədqiqatlara əsaslanıb. Hansı ki, bəzilərini heç dərmanı təyin edən həkimlər də bilmir. Amma xəstənin bilməsi onun sağlamlığı üçün vacibdir.

1. Antibiotiklər

Qarın ağrısı, burun axması, qrip, virus zamanı çox adam antibiotikin köməyinə qaçır. Elə həmişə qəbul etdiyi, nə vaxtsa həkimin yazdığı və ya aptekdə çox satılan tableti, iynəni alır.

Həkimlər deyir, alimlər xəbərdarlıq edib, bir daha deyirik ki, belə hallar üçün antibiotik müalicə aparılmır. Ümumiyyətlə soyuqlama, qrip və qızdırma zamanı antibiotik kömək etmir. Antibiotiklər bakterial infeksiyalar üçün icad olunub. Düzgün olmayan və boşuna antibiotik qəbulu sizə xeyirdən çox zərər verəcək.
Necə qəbul etməli: Sxemə ciddi əməl etməklə. Əgər həkim aydın yazmayıbsa təlimatını oxuyun. Əgər sutkada 3 dəfə yazılıbsa, o zaman hər 8 saatdan bir qəbul etməlisiz.. Birini qəbul edib, digərini 3-4 və ya 10 saatdan sonra yox. Dərmanlar arasındakı fasilə eyni olmalıdır.
1 gün unutmaq olmaz. Əgər 5 gün yazılıbsa, 5 gün də sona kimi qəbul etməlisiz. Yaxşılaşan kimi kəsmək olmaz.

İl ərzində elə hər burnu axanda antibiotik qəbul edən xəstədə antibiotik rezisdentliyi yaranır, yəni onun bakteriyaları artıq bütün antibiotikləri tanıyır və onlara qarşı dözümlü olur. Növbəti dəfə eyni dərman effekt vermir və gələcəkdə həmin xəstəni ağır infeksiya zamanı müalicə etmək çətinləşir. Məsələn, pnevmoniya, vərən, sepsis, qonoreya, meningit olarsa, antibiotikrezisdentlik xəstənin sonu ola bilər.

2.Qızdırma salan dərmanlar

Hər evdə var, lakin hər zökəm, qripda o lazım olmur. Alimlər artıq deməkdən yorulub ki, qızdırma orqanizmin normal reaksiyasıdır. Qızdırmanı normal keçirməyə öyrəşin. Qızdırma olmasa infeksiyalar orqanizmimizi məhv edər. Qızdırmasalıcı yalnız hərarət 39-a çatanda qəbul edilməlidir.
Qızdırma salan dərmanı təlimatına uyğun dozada qəbul etmək lazımdır. Əgər dərman qəbul edib, 1 saata qızdırma düşmürsə, yenidən başqa dərman və ya eynisini atmaq olmaz.

Eləcə də bu dərmanlarla digər dərmanları qarışdırmaq olmaz. Qızdırma dərmanını atdıqdan sonrakı 3 saatda digər dərmanlar qəbul edilməməlidir.

3.Öskürək əleyhinə dərmanlar

Bu dərmanlar quru və yaş öskürək üçün ayrı-ayrı olur. Aptekə girib mənə öskürək dərmanı verin deməklə iş bitmir. Əgər sizdə quru öskürək olsa, aptekdən də yaş öskürək dərmanı alsaz, xəstəliyi daha da şiddətləndirə bilərsiz. Bui dərmanlar bəlğəmi ciyərlərdə qurudar və ağciyərlərin iltihabına səbəb ola bilər.
Əgər öskürək bəlğəmlidirsə, o zaman mukolitiklər (bəlğəmgətiricilər) qəbul edilməlidir. Bu dərmanlar bəlğəmi, seliyi yumşaldıb, maye halına salıb, tez xaric edəcək.

Öskürəyi olan insan dərmanla yanaşı bol maye qəbul etməlidir. Əgər öskürəyə səbəb bakteriyalardısa, o zaman həkim antibiotik yazmalıdır.
Öskürəyi tez kəsmək üçün 1 saatdan bir öskürək dərmanı, siropu içmək qadağandır. Onları gündə maksimum 4-5 dəfə qəbul edə bilərsiz və aradakı fasilə ən azı 2 saat olmalıdır.

4.Burun damcıları

Burun tutulmasında təyin olunan dərmanları həkimlər 7 gündən artıq qəbulunu məsləhət görmür. Çünki bunlar hormonal dərmanlardır. Amma xəstə burnun açıldğını görüb, bu damcılardan narkotikdəki kimi asılı olur. Bir müddət sonra isə heç o da kömək etmir.
Bir çoxları isə xroniki burun tutulmasını allergiya ilə səhv salır, halbuki bu rinitdir.

Burun tutulursa, selikli qişası şişirsə, səbəb tapılmalı, müalicə olunmalısız. Burun genişləndirən damcılar müalicə vasitəsi deyil. Xüsusən azyaşlı uşaqlara bu damcıların tətbiqi yolverilməzdir.

5.Təzyiq salan dərmanlar

Arterial təzyiq dərmanlarını təəssüf ki, reseptsiz satırlar. Amma bu o demək deyil ki, siz tanışlarınızın məsləhəti ilə təztiq dərmanı seçməlisiz. Təzyiqin səbəbi, hədəf orqanı bəlli olandan sonra xəstənin yaşı, yanaşı xəstəlikləri nəzərə alınaraq dərman və doza seçilir. Hətta ən təcrübəli həkim də əvvəlcə ideal sxemi tuta bilmir, ona görə 1-2 ay qəbuldan sonra nəzarət və korreksiya lazımdır. Təzyiq dərmanı elə təzyiqi hər yüksələnə yazılmır.

Təzyiq dərmanı təyin olunubsa, hər gün, eyni vaxtda qəbul edilməlidir. Doza əvvəlcə azdan başlanılır.

6.Qarın işlədicilər

Qəbizlikdə işlədici dərmanları həm də arıqlamaq istəyənlər qəbul edir. Bu isə həmin insanın zərərinədir: bağırsaqlarda qida mənimsənilməmiş qidalı maddələr dərmanla yuyulub gedir, orqanizm elektrolit itirir və susuzlaşır. Bu da ürək, bötrək, əsəb sistemində problemlər yaradır.

Hər gün qarın işlədici dərman qəbul edənlərdə bağırsaqda alışqanlıq yaradır, tənbəl bağırsaq sindromu olur və xəstə artıq dərman olmadan yaşaya bilmir. Bu xəstələrdə bağırsaq infeksiyaları artır, qaraciyərin işi pozulur, hətta gələcəkdə yoğun və duz bağırsaq xərçəngi riski artır. Eləcə də qəbizlik üçün şamlar, siroplar.

Bunları həkim mülaicə ərəfəsində xəstəyə müvəqqəti kömək üçün yaza bilər. Hər gün yox, həftədə 1-2 dəfə istifadə etmək olar.
Hər yemək qəbulundan sonra atmaq olmaz.

6 aydan çox işlədici dərmanlardan istifadə artıq onlardan asılılıq yaradır, xəstə tez-tez dərmanı dəyişməli olur, çünki əvvəlki dərmanın təsiri artıq olmur.

7.Ağrıkəsicilər

Aspirin, ibuprofen, parasetamol, analgin, nimesil və digər nesteroid qrupuna aid müasir preparatlar qısamüddətli, simptomatik təsirdir. Müalicə etmir.
Əgər sizin əzələniz, siniriniz, başınız, mədəniz hər gün, ya həftədə 2-3 dəfə ağrıyırsa, bu dərmanlara qaçmaq olmaz. Həkimə gedib, səbəbi tapıb, onun müalicəsini etməlisiz. Yox əgər ayda 1 dəfə, 2 dəfə ağrı olursa, ağrıkəsici qəbul etmək olar.

Ağrıkəsicilər boş, ac mədəyə qəbul olunmamalıdır, bol su ilə içilməlidir.
Bir dərman kömək etmədikdə, 1 saat sonra digərini atmaq olmaz. Dərman dozası azdan başlamalıdır. Və aralarındakı fasilə azı 4 saat olmalıdır. Bir dərman təsir etdisə, ağrını maksimum 4-5 saat kəsəcək.

Çox ağrıkəsici qəbul etdikdə, mədə-bağırsağın selikli qişası zədələnir.

Qarın, appendisit, yırtıq ağrılarında ağrıkəsici atmayın, bu həkimə diaqnoz qoymağa mane olacaq və müdaxiləyə gecikəcəksiz. Eləcə də qadınlar yumurtalıq və ginekoloji ağrılarda dərmanlar qəbul etməsin. Yalnız müayinədən sonra qəbul edilə bilər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1879   Tarix: 20 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Dünyanı təhdid edən xəstəlik: sürətlə artır – Azərbaycanda da...

Ümumdünya Səhiyyə Təşkilatının son hesabatına görə, 2050-ci ildə dünyada xərçəngə tutulma halları 77 faiz artacaq. Buna səbəb piylənmə, alkoqol və siqaret aludəliyi, qida məhsullarının xarab olması və yanlış qidalanma vərdişləridir. Maraqlıdır, bu xəstəliyin qarşısını necə ala bilərik?. Məsələ ilə bağl

20.03.2024 1096
.

Həkim məsləhəti olmadan vitamin qəbul etmək olar?

Türkiyənin Trakya Universiteti Tibb Fakültəsi Xalq Sağlamlığı şöbəsinin müdiri professor Qalip Ekuklunun həkim məsləhəti olmadan vitamin qəbul etməklə bağlı fikir bildirib. Professor bildirir ki, həkim məsləhəti olmadan istifadə edilən vitamin və əlavələr sağlamlıq problemlərinə səbəb ola bilər. İmmunite

11.02.2024 820
.

Çayı əsla belə içməyin - ciddi xəstəliklər yaradır

Çox isti çay və ya hər hansı isti içki ağız, boğaz və həzm sisteminə ciddi şəkildə zərər verə bilər. BİG.AZ -a istinadən bildirir ki, mütəxəssislər bununla bağlı xəbərdarlıq edib. Bildirilir ki, içkilər 65 dərəcədən yuxarı istilikdə içildikdə qida borusunda yanma və qıcıqlanmaya səbəb olan ezofagit xəstəliyinə

18.02.2024 1709
.

Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?

İsti havalar infeksiya xəstəliklərinin artmasına səbəb olub. Bu cür infeksiyalar özünü hərarət, boğaz ağrısı, gözdə qızartılar, ürəkbulanma, öskürək, ishalla özünü büruzə verir. Yazda ortaya çıxan infeksiya xəstəliklərini təqdim edirik:. Onlarda biri diabakteriozdur: Disbakterioz zamanı normal və atipi

14.04.2024 366
.

"Yalnız bir əlamət" - Xərçəngi üzdən belə tanıya bilərsiniz

Üzdə onkologiyanın ən təhlükəli növlərindən birinin – mədəaltı vəzi xərçənginin inkişafını göstərə biləcək bir əlamət görə bilərsiniz. Bu barədə onkoloq Andrey Vorobyov danışıb. xarici mediaya istinadən bildirir ki, həkimin sözlərinə görə, mədəaltı vəzi xərçəngi ilkin mərhələdə əlamətsiz inkişaf etdiy

11.02.2024 1842
.

Xərçəng xəstəliyi riskini ən çox artıran qida açıqlanıb

Qırmızı ətin normadan artıq istehlakı bağırsaq və prostat vəzi xərçəngi xəstəliyinə tutulmaq riskini artırır. "Report" xəbər verir ki, belə bir xəbərdarlıqla Türkiyənin tanınmış onkoloqu Nilüfər Avcı çıxış edib. Mütəxəssis qeyd edib ki, xərçəng dünyada ən çox insan ölümünə səbəb olan xəstəliklərdəndir

28.01.2024 2053
.

Hər gün süd içmək olmaz – Həkimdən XƏBƏRDARLIQ

Süd sağlam və qidalı bir məhsul hesab olunur. Ancaq həkimlər onun həddindən artıq istehlakının böyüklər üçün zərərli ola biləcəyini açıqlayıblar. BİG.AZ -a istinadən bildirir ki, buna görə mütəxəssislər gündəlik süd içməyi və ya bu məhsulu çox miqdarda istehlak etməyi məsləhət görmürlər. Həkimlərin sözlərin

16.03.2024 736
.

Masaj xidməti faydaları

Masajın rahatladıcı və sağlamlıq üçün faydalı təsirləri ilə hər kəsə məlumdur. Gündəlik həyatın stress və gərginliyindən bir anlıq xilas olmaq istəyirsinizsə, peşəkar bir masaj xidməti tam sizin üçündür. Masaj sayəsində sizə ən uyğun masaj xidməti asanlıqla tapa bilərsiniz. İmmunitetinizi qaldırmaq v

24.03.2024 480
.

Rənglər sağlamlığınızın qeydinə qalır

Yeməklərdəki rəngarənglik iştahanı artırır. Elə buna görə də aşpazlar yemək hazırlayarkən daha çox tərəvəzdən istifadə etməyə çalışırlar. Axşam.az xəbər verir ki, tərəvəzlərdəki rəngarənglik sağlamlığa da xeyirlidir. Bənövşəyi. Bu rəngdə olan tərəvəzlər sinir sisteminin sağlamlığı üçün yaxşıdır. Bu rən

30.03.2024 410