Eks-prezidentin həbs müddəti uzadıldı

Eks-prezidentin həbs müddəti uzadıldıQırğızıstan məhkəməsi keçmiş Prezident Almazbek Atambayevin həbs müddətini uzadıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə onun vəkili Sergey Slesarev "RİA Novosti"yə bildirib. Onun sözlərinə görə, Atambayev 26 oktyabradək həbsdə qalacaq. Slesarev qeyd edib ki, sabiq Prezident bu qərarı qanunsuz hesab edir və bununla bağlı şikayət veriləcək.

Xatırladaq ki, daha əvvəl məhkəmə Almazbek Atambayevin avqustun 26-sına qədər həbsdə qalacağına qərar vermişdi.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 276   Tarix: 20 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş