Rahat yatmaq və yuxudan vaxtında oyanmaq...

Rahat yatmaq və yuxudan vaxtında oyanmaq...

Vaxtında oyanmaq və gün ərzində enerjili olmaq üçün ilk növbədə tam və normal yuxu yatmaq lazımdır. Yuxu tam olmayanda oyanmaq heç də asan olmur. Ona görə də ən yaxşısı vaxtında yatıb vaxtında oyanmaqdır.

BiG.AZ bildirir ki, həkim-terapevt Gülnarə Məmmədova bu barədə AZƏRTAC-a məlumat verərkən deyib: "Yatmazdan əvvəl qətiyyən qida qəbul etmək düzgün deyil, çünki gecə boyu hərəkətsizlik və dolu mədə səhərki yorğunluğun əsasını qoyur. Günün ikinci yarısı kofeinli içkilər içmək də məsləhət görülmür. Səhər vaxtında oyana bilməmək gərgin keçən axşamın da nəticəsi ola bilər. Ona görə də əsəbi olarkən yatmazdan əvvəl 1 stəkan çobanyastığı çayı içmək yuxuya çox yaxşı təsir edir. Səhər tezdən sərt idman hərəkətləri etməmək, əksinə, yüngül və gimnastik hərəkətlərlə günə daha rahat başlamaq olar".

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 675 Tarix: 20.08.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər