Masallıda DƏHŞƏTLİ HADİSƏ: 11 gün əvvəl toyu olmuşdu

Masallıda DƏHŞƏTLİ HADİSƏ: 11 gün əvvəl toyu olmuşdu
Masallı rayonunda istirahət mərkəzində bədbəxt hadisə baş verib.

Hadisə "İstisu" istirahət mərkəzində qeydə alınıb.

Belə ki, Cəlilabad rayonunun Bədirli kənd sakini, 1996-cı il təvəllüdlü Zamin Seyfulla oğlu Baxışov Viləş çayının istirahət mərkəzinin ərazisindən keçən hissəsində çimərkən dünyasını dəyişib.

İlkin ehtimala görə, o, ürəktutmasından vəfat edib.

Mərhumun avqustun 7-də toyu olub. O, istirahət mərkəzinə ailəsi ilə birlikdə gedibmiş.

Faktla bağlı araşdırma aparılır (Report).

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 3947 Tarix: 19.08.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər