Gələn il parlamentə buraxılmayacaq deputatların siyahısı yayıldı

Gələn il parlamentə buraxılmayacaq deputatların siyahısı yayıldıAzərbaycanda növbəti parlament seçkilərinin keçirilməsi 2020-ci ilin payızına nəzərdə tutulur. Düzdür, seçkilərin daha erkən baş tutacağına dair vaxtaşırı mətbuatda iddialar səsləndirilir, lakin hakim partiya (YAP) rəsmiləri həmin iddiaları təkzib edir və seçkilərin vaxtında keçiriləcəyini bildirirlər.

BiG.AZ xəbər verir ki, Qaynarinfo-ya daxil olan məlumatlarda isə növbəti parlament seçkisində Milli Məclisin tərkibinin əhəmiyyətli şəkildə yenilənəcəyi bildirilir. Xüsusilə əksər yaşlı millət vəkillərinin 2020-ci ildə mandatsız qalacağı gözlənilir.

Hazırda Milli Məclisin ən qocaman deputatı xalq artisti Zeynəb Xanlarovadır. Onun 83 yaşı var. Üstəlik, artıq 30 ilə yaxındır ki, deputat statusu daşıyır.

Digər yaşlı parlament üzvləri arasında isə Ağacan Abıyevin (82 yaş), Fəttah Heydərovun (81 yaş), Yaqub Mahmudovun (80) adlarını çəkmək olar.

Eyni zamanda 2020-ci ildə indiki deputatlardan Elxan Süleymanovun 80, Arif Rəhimzadənin 79, Xanhüseyn Kazımlının 78, Eldar İbrahimovun, Rafiq Məmmədhəsənovun və Hüseynbala Mirələmovun 75, Valeh Ələsgərov, Mixail Zabelin və Əliağa Hüseynovun 74, Vahid Əhmədov, Madər Musayev, Əhliman Əmiraslanov , Fəzail Ağamalı, Flora Qasımova və Hadi Rəcəblinin 73, Tahir Süleymanov və Yevda Abramovun 72, Mahir Aslanov və İsa Həbibbəylinin 71, Şəmsəddin Hacıyev, Mirkazım Kazımov, Tahir Rzayev və Elman Məmmədovun isə 70 yaşları olacaq.

Adları çəkilənlərin bir çoxunun mandatsız qalacağı artıq indidən şübhə doğurmur. Xüsusilə Z.Xanlarova, E.Süleymanov, A.Abıyev, R.Məmmədhəsənov və Ə.Hüseynovun növbəti parlament seçkilərində öz namizədliklərini irəli sürməyəcəyi gözlənilir. Buna səbəb isə siyasi razılıq almayacaqlarıdır.

Parlamentin biznesmen deputatlarından Əsabil Qasımovun, Rüstəm Xəlilovun və Xanlar Fətiyevin də 2020-ci ildə yenilənəcək Milli Məclisdə oturmayacağı deyilir.

Ümumiyyətlə, növbəti parlament seçkilərində geniş biznes imkanlarına malik şəxslərin mümkün olduğu qədər kənarda saxlanılacağı iddia edilir.

Xatırladaq ki, son parlament seçkilərində hakim partiya bəzi biznesmen deputatların namizədsliyini irəli sürməkdən imtina etmişdi. Məsələn, 87 saylı Ağsu-İsmayıllı Seçki Dairəsindən millət vəkili olan Ərəstun Cavadov kənarda sazxlanılmış, hakim partiya onun yerinə Əlyunis Mütəllimovun namizədliyini irəli sürmüşdü. Mərkəzi Univermağın İdarə Heyətinin sədri və Ağsu rayonunda bir neçə obyekti sahibi olan Ə.Cavadov, beləcə, parlamentdən kənarda qalmışdı.

YAP-ın namizədlər siyahısında yer vermədiyi digər millət vəkili isə Fərhad Qəribov idi. 57 saylı Kürdəmir Seçki Dairəsindən seçkiyə biznesmen deputatının yerinə Nizami Qəribovun namizədliyi irəli sürülmüşdü.

Bununla da, Bakıda yerləşən "Çıraq Plaza" və "Şəki" restoranlar şəbəkəsinin sahibi olan, "Debütbank"a rəhbərlik edən, ölkə daxilində xaricdə bir çox başqa obyektlərə malik F.Qəribovun millət vəkilliyi macərası cəmi bir çağırış çəkmişdi...

Eyni ssenarinin növbəti parlament seçkilərində də davam edəcəyi və biznesmen deputatların bəzilərinin Milli Məclislə vidalaşacağı demək olar ki, qətiləşib...


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2553   Tarix: 19 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585