Red Bull Dance Your Style beynəlxalq rəqs yarışması ilk dəfə Azərbaycanda

Avqustun 25-də Bakıda ilk dəfə olaraq Heydər Əliyev Mərkəzinin parkında "Red Bull Dance Your Style" rəqs yarışması keçiriləcək.

"Red Bull Dance Your Style" müxtəlif küçə üslublu rəqslərini nümayiş etdirən rəqqasların iştirak etdiyi beynəlxalq rəqs yarışmasıdır. Bu yarışma 2018-ci ildə 20 ölkədə keçirilib. Yüksək marağa səbəb olduğuna görə 2019-cu il ərzində dünyanın 30-dan çox ölkəsində və 50 ayrı məkanda keçirilir.

Bakı seçimlərində iştirak edəcək 16 yerli rəqqas artıq müəyyən olunub. Seçim prosesi məşhur fransalı rəqqas, görkəmli müəllim, Jüste Debu (Juste Debout) rəqs tədbirinin və məktəbinin yaradıcısı Brüs İkanji (Bruce Ykanji) tərəfindən həyata keçirilib.

Yarışmanın dünya üzrə finalı oktyabrın 12-də Parisdə keçiriləcək. Azərbaycandan olan qalib Parisdə dünyanın ən yaxşı rəqqasları ilə mübarizə aparıb, dünya birincisi olmaq şansı qazanacaq. Və bu şansı ona izləyici olaraq məhz sən verə bilərsən. Bu, "Red Bull Dance Your Style" yarışmasının özünəməxsus xüsusiyyətidir. Yarışmada münsif heyəti yoxdur. Münsiflər rolunda tamaşaçılar çıxış edir.
Meydançada mübarizə aparan iki rəqqasın performansını izləyərək hansının daha yaxşı olduğunu tamaşaçılar kart vasitəsi ilə seçirlər. Həmin kartlar iki tərəfli, iki rəngdədirlər- göy və qırmızı. İştirakçı rəqqaslar da göy və qırmızı rənglər altında çıxış edirlər. Tamaşaçılar rəqqasların çıxışından sonra bəyəndikləri rəqqasın rəngində olan kartın tərəfini qaldırıraq onun leyhinə səs vermis olurlar. Yarışmanın ikinci xüsusiyyəti odur ki, rəqqaslar rəqs musiqisi deyil, hər kəsin sevdiyi müasir hitlərin musiqisi altında rəqs edirlər. Ən əsası isə odur ki, musiqi əvvəlcədən DJ tərəfindən seçilir və rəqqasın rəqs edəcəyi musiqidən xəbəri olmur.

Avqustun 25-də saat 18:00-da Heydər Əliyev Mərkəzinin parkında ölkəmizi Parisdə "Red Bull Dance Your Style" beynəlxalq rəqs yarışmasının dünya finalında təmsil edəcək rəqqası məhz sən seç. Tədbirdə xüsusi qonaqların çıxışları da gözlənilir. Giriş sərbəstdir.

Media tərəfdaşlar: Day.az, Milli.az, Trend.az, Xəzər TV, CBC Sport və Cinemaplus kinoteatrlar şəbəkəsi.
Ətraflı məlumat: REDBULL.AZ/DANCEYOURSTYLE

Red Bull Dance Your Style beynəlxalq rəqs yarışması ilk dəfə AzərbaycandaRed Bull Dance Your Style beynəlxalq rəqs yarışması ilk dəfə AzərbaycandaRed Bull Dance Your Style beynəlxalq rəqs yarışması ilk dəfə Azərbaycanda


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 813   Tarix: 19 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495