"Bürc Xəlifə"nin üzərində reklamın qiyməti açıqlandı

"Bürc Xəlifə"nin üzərində reklamın qiyməti açıqlandı

Bu barədə reklam marketinq agentliyi məlumat yayıb

Dubayda yerləşən dünyanın ən hündür göydələni “Bürc Xəlifə”nin üzərində üç dəqiqəlik reklam elanının və yaxud məlumatın yerləşdirilməsinin qiyməti 250 min dirhəmdən (68 min dollar) başlayır.

“Arabian Business” nəşri xəbər verir ki, bu barədə reklam marketinq agentliyi məlumat yayıb.

Qiymətlər adi günlərdə 3 dəqiqəsi saat 20:00-dan 22:00-dək 250 min dirhəmdən başlayaraq, istirahət günlərində 350 min dirhəmədək (95 min dollar) çatır. Qeyd olunur ki, 5 dəfə üç dəqiqəlik görüntülərin istənilən gün saat 19:00-dan gecə yarısına kimi yayımlanmasının qiyməti 1 milyon dirhəm təşkil edir. Hər bir görüntülərin yerləşdirilməsi “Emaar Properties” şirkəti ilə razılaşdırma tələb edir.

“Bürc Xəlifən”in işıqdiod ekranlarında əks etdirilən təsvirlərə musiqili müşayiət də əlavə etmək mümkündür.

Dünyanın ən hündür bürcünün fasadından “Walt Disney”, “Cartier”, “Huawey” kimi iri şirkətlər istifadə edib.(AZƏRTAC)

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 862 Tarix: 19.08.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər