Rusiyaya nə qədər meyvə-tərəvəz aparmağa icazə veriləcək? - YENİ QAYDALAR

Rusiyaya nə qədər meyvə-tərəvəz aparmağa icazə veriləcək? - YENİ QAYDALAR

Bu gündən Rusiyanın bir neçə gömrük keçid məntəqəsində yeni fitosanitar nəzarət qüvvəyə minir.

Nəzarət olunacaq keçid məntəqələrindən biri də Azərbaycanın Dağıstanla sərhədindəki Yaraq - Qazmalar keçididir.

Yeni qaydalara görə, hər bir şəxs sərhəddən 5 kiloqramdan çox meyvə, tərəvəz, toxum keçirə bilməz. Bunun üçün fitosanitar sertifikat tələb ediləcək. Bu tip sertifikat Rusiya ərazisinə gül keçirilməsinə də tətbiq olunacaq. Yeni qaydaya görə, hər bir şəxsə 3 buketdən artıq gül keçirmək qadağandır.

Qaydalar ananas, əncir, quava, avokado, manqo, pomidor, kələm, xiyar, yerkökü, kartof kimi meyvə və tərəvəzlərə də aid ediləcək.

lent.az

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 487 Tarix: 19.08.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər