Bakıda kirayə evlərin qiyməti bahalaşıb - VİDEO

Bakıda kirayə evlərin qiyməti bahalaşıb - VİDEOYeni tədris ilinin başlamasına bir aydan da az vaxt qalıb. Ali məktəblərə yeni qəbul olunan tələbələrin qeydiyyatının başlanması ilə kirayə mənzil bazarında canlanma yaranıb. Daha çox köhnə tikililərdə mənzillərin qiyməti artıb.

Xezerxeber.az-ın məlumatına görə, kirayə verilən evlərin qiyməti bahalaşıb.

Üstəlik, tələbatın çox olması nəticəsində ev tapmaq çətinləşib. Yeni dərs ilinin başlaması hər il olduğu kimi bu il də kirayə mənzil bazarını canlandırıb. Bakının bütün rayonlarında, xüsusilə də metrostansiyalara və ali məktəblərə yaxın yerləşən ərazilərdə evlərin qiymətində arım var.

Ali məktəbə qəbul olub rayonlardan paytaxta oxumağa gələn tələbələrin sözlərinə görə, normal şəraiti olan evlərin qiyməti yüksəkdir.

Rieltorlar isə deyib ki, artım daha çox ali məktəblərin yerləşdiyi ərazilərdə, metroya yaxın və şəhərin mərkəzi hissələrində olan evlərdə müşahidə olunur. May və iyın aylarında 200-250-manata təklif edilən evlərin qiyməti indi 350-400 manata qədər bahalaşıb.

Qeyd edək ki, tələbatın çox olmasına baxmayaraq kirayə verməyə ev də tapılmır.

Əmlak eksperti Nüsrət İbrahimov deyib ki, 5 il əvvəllə müqayisədə kirayə mənzil təklifində 2 dəfəyə qədər azlma var. Buna səbəb paytaxtın bir sıra rayonlarında pilot layihə çərçivəsində köhnə binaların sökülməsidir.

Ekspert bildirib ki, sentyabr ayının sonuna kimi kirayə mənzil bazarında qiymətlər belə qalacaq. Daha sonra yenidən qiymətlərin düşməsi ehtimalı var.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 795   Tarix: 18 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Franch Region franchise sərgisi Bakıda!

Sahibkarları və investorları franchise sərgisini ziyarət etməyə dəvət edirik. Bakı şəhəri, Hilton Baku , 1b Azadlıq prospekti, AZ 100. Başlanğıc 09: 30, 25 aprel (giriş pulsuzdur). Burada françayzinq sahəsində çoxlu faydalı məlumat və ekspert bilikləri əldə etmək üçün unikal imkanınız olacaq. Müzakir

15.04.2024 167
.

Bulvarda gəmidə gəzintiyə niyə icazə verilmir? - Açıqlama

"Hazırda Xəzər dənizinin səviyyəsinin enməsi və suyun sahildən geriyə çəkilməsi ilə əlaqədar Bakı şəhərinin Dənizkənarı Milli Parkında gəzinti gəmiləri müvəqqəti olaraq işləmir". xəbər verir ki, bu barədə AZƏRTAC-a Dənizkənarı Bulvar İdarəsinin Mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki

15.04.2024 224
.

İraqın şimalında 12 terrorçu ZƏRƏRSİZLƏŞDİRİLDİ

İraqın şimalında Hakurk bölgəsində aşkarlanan 12 PKK terrorçusu hava əməliyyatı nəticəsində zərərsizləşdirilib. BİG.AZ xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Türkiyə terrorizmə qarşı mübarizə işlərin davam etdirir

15.04.2024 143
.

Rusiya: "Biz bütün Yaxın Şərq ölkələrini təmkinli olmağa çağırırıq"

"Biz bütün Yaxın Şərq ölkələrini təmkinli olmağa çağırırıq". xəbər verir ki, bu sözləri Kremlinin sözçüsü Peskov deyib. İran-İsrail gərginliyinə də toxunan Peskov Yaxın Şərqdə gərginliyin artmasından narahat olduqlarını deyib. "Bütün region ölkələrini mülayim olmağa çağırırıq. Gərginliyi

15.04.2024 157
.

Yeni qayda - boşanmaq istəyənlər rüsum ödəməli olacaq

Məhkəmə qətnaməsi əsasında nikahın pozulmasının qeydə alınmasına görə yeni rüsum müəyyənləşir. Trend-ə istinadən xəbər verir ki, bu barədə məsələ "Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, qanuna yeni maddə əlavə olunur. Yeni maddəyə əsasən, b

15.04.2024 1100
.

Hülya Afşarın dedikləri gündəmə bomba kimi düşdü

Türkiyəli müğəni Hülya Afşar evlilik proseduru ilə bağlı verdiyi təklifə ölkə əhalisinin sərt reaksiyası ilə üzləşib. -ın xəbərinə görə, Afşar qızı evliliklərin də kirayə müqaviləsi kimi 5 il müddətinə imzalanmasını təklif edib. "Beş ildən bir evlilik müqaviləsi yenilənməlidir. O zaman ər-arva

15.04.2024 290
.

Azərbaycanda universitet prorektoru kazinoda külli məbləğdə pul uduzub? - AÇIQLAMA + FOTO

Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynovun oğlu Günhan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzması və universitetə prorektor təyin olunması ilə bağlı məlumatlar var. Bakı Avrasiya Universitetinin rektorunun köməkçisi Şəfayət Avılbəyli -ın sorğusuna cavab olaraq bildirib ki

15.04.2024 716
.

Quzu ətinin qiymətinə satılan qulançar - VİDEO

Yaz aylarında təbii bitən, xüsusilə də qida kimi istifadə edilən bitkilərə maraq çoxalır. Belə bitkilərdən biri də qulançardır. Əsasən dadı və tərkibinin zənginliyi ilə seçilən qulançar çoxlarının qida rasionunda xüsusi yer tutur. İndi qulançarın yığım vaxtıdır. Məhsul əl ilə yığılır və 200-250 qramlı

15.04.2024 540
.

Bərpasına 846 milyon avro xərcləndi - Fotolar

Fransanın paytaxtı Parisdə 5 il əvvəl yanğın zamanı zərər görən məşhur Notr-Dam kilsəsinin dekabrda yenidən açılışı planlaşdırılır. "Qafqazinfo" xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Xəbərdə qeyd edilib ki, kilsənin bərpasına cavabdeh olan ictimai təşkilat, "Rebatir Notre-Dame d

15.04.2024 156