Nizami rayonunda avtobus sürücüsü döyülüb

Nizami rayonunda avtobus sürücüsü döyülüb

"Laçın" ticarət mərkəzinin yaxınlığında 70 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusunun sürücüsü, 1954-cü il təvəllüdlü Əhmədov Hidayət İbrahim oğlu döyülüb.

Oxu.Az-a verilən ilkin məlumata görə, hadisə minik avtomobili ilə sözügedən avtobus sürücüsünün bir-birinə hərəkət üstünlüyü tanımaması səbəbindən baş verib. Sürücülər arasında yaranan mübahisə əlbəyaxa davaya çevrilib və 70 saylı avtobusun sürücüsü xəsarət alıb.

Yaralı xəstəxanaya çatdırılıb. Ona başın və kürək nahiyəsinin əzilməsi diaqnozu qoyulub.

Faktla bağlı Nizami Rayon 24-cü Polis Bölməsində araşdırma aparılır.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 385 Tarix: 18.08.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər