Şəmkirdə yanan anayla qızı Bakıya gətirilir

Şəmkirdə yanan anayla qızı Bakıya gətirilir

Xəbər verdiyimiz kimi, Şəmkirin Sarıtəpə kəndində ailə münaqişəsi zəminində sərxoş ər gecə saatlarında qayınanası yaşayan evi yandırıb.

Hadisə nəticəsində 2 yaşlı uşaq ölüb, 54 yaşlı qayınana və onun 24 yaşlı qızı kritk vəziyyətdə Şəmkir Mərkəzi Rayon xəstəxanasına çatdırılıblar.

Səhiyyə Nazirliyindən BiG.AZ-a verilən məlumata görə, yaralıların vəziyyətini nəzərə alan həkimlər ilkin yardımdan sonra ixtisaslaşdırılmış tibbi yardım göstərilmasi üçün onları paytaxta köçürmək qərarına gəliblər. Hazırda ağır vəziyyətdə olan yaralılar xüsusi avadanlıqlarla təhciz edilmiş təcili yardım avtomobili ilə 5 saylı xəstəxananın yanıq şöbəsinə gətirilirlər.

Ananın bədəninin 50%, qızının isə bədəninin 70% yanması bildirilir. Xəstələrə müvafiq tibbi yardım göstərilməsi üçün 5 saylı xəstəxananın yanıq şöbəsinə mütəxəsislər dəvət edilib. Yaralıların müalicəsini Səhiyyə Nazirliyi nəzarətə götüb.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1696 Tarix: 18.08.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər