Kraliçadan şahzadə Meqana növbəti qadağa: "Cırıq" cins geymə

Kraliçadan şahzadə Meqana növbəti qadağa: "Cırıq" cins geymə
Böyük Britaniya kraliçası II Yelizaveta gəlini Meqan Markla yanına “cırıq” cins şalvarda gəlməyi qadağan edib.

Qadağa şahzadə Harri və həyat yoldaşının hazırda kraliçanın da yaşadığı Balmoral qəsrinə səfəri ilə bağlıdır.

“Kraliça cins geyimi sevmir. Ona görə də “cırıq” cinsli ABŞ-lı oğlan görkəmi, kraliçanın nifrət etdiyi tanketka tuflilərlə birlikdə Froqmor kotecində qalmalıdır”, – deyə mənbədə qeyd olunur.

Qeyd edək ki, iyul ayında Meqan Markl tennis üzrə Uimbldon turnirinə cins geyimdə gəlməklə növbəti dəfə protokol qaydalarını pozmuşdu.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 997 Tarix: 18.08.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər