"Linfild" - "Qarabağ" matçını bu hakim idarə edəcək

"Linfild" - "Qarabağ" matçını bu hakim idarə edəcək

Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Linfild" - "Qarabağ" matçının hakim təyinatları açıqlanıb.

BiG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, Şimali İrlandiyada baş tutacaq matçın baş hakimi isveçrəli Sandro Şererdir. 31 yaşlı ədalət təmsilçisinə Stefan de Almeyda və Bekim Zoqay köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Fedayi San yerinə yetirəcək.

Qeyd edək ki, "Linfild" - "Qarabağ" görüşü avqustun 22-i Bakı vaxtı ilə 22:45-də başlayacaq. Bu komandalar arasında cavab qarşılaşması isə bir həftə sonra Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: İdman Oxunub: 344 Tarix: 18.08.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər