UEFA Çempionlar Liqası 1/4 finalının ilk oyun günü

[img=default]uploads/1207217088_1.jpg[/img]

UEFA çempionlar Liqasının 1/4 finalının ilk matçında Türkiyənin «Fənərbağça» klubu İstanbulda İngiltərənin «çelsi» klubuna 2:1 hesabı ilə qalib gəlib. Meydan sahibləri hesabda geri qalsalar da, nəticədə oyunun müqəddəratını öz xeyirlərinə həll edə biliblər.

UEFA çempionlar liqasının 1/4 finalının digər matçında iki ingilis klubu-«Arsenal»la «Liverpul» qarşılaşıb. Londonda keçirilən oyunda heç-heçə qeydə alınıb-1:1.

Cavab matçları aprelin 8-də İngiltərədə keçiriləcək.

Bu gün UEFA kubokunun dörddəbir finalında ilk oyunlar keçiriləcək. Sona qalmış 8 komandadan yalnız ikisi eyni ölkəni təmsil edir. UEFA kubokuna iddiaçılar içində indiyədək bu mükafatı qazanan da məhz həmin iki alman klubudur. «Bayer» 1988-ci, «Bavariya» 1996-cı ildə kuboku başı üzərinə qaldırıb.

«Bayer» (Almaniya) - «Zenit» (Rusiya)
«Qlazqo Reyncers» (Şotlandiya) - «Sportinq» (Portuqaliya)
«Bavariya» (Almaniya) - «Xetafe» (İspaniya)
«Fiorentina» (İtaliya) - PSV (Hollandiya)


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 7912   Tarix: 03 aprel 2008  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş