Keçmiş arvadı uşaqlarını görməyə icazə vermədi, üzünə turşu ataraq onu kor etdi

Keçmiş arvadı uşaqlarını görməyə icazə vermədi, üzünə turşu ataraq onu kor etdi
Bakının Binəqədi rayonunda ev dustaqlığına məhkum edilmiş kişi öz keçmiş xanımının üzünə turşu atıb. Nəticədə, qadın hər iki gözündən kor olub.

Bu barədə Oxu.Az-a Binəqədi Rayon Polis İdarəsindən bildirilib.

Cinayət 16 avqustda, axşam saatlarında, qeyd olunan rayonun Polis İdarəsinin 7-ci bölməsi ərazisində törədilib.

Ağır bədən xəsarəti yetirilən qadın Məmmədova Naibəxanım Vaqif qızıdır. Hələlik məlum olan budur ki, AR CM-nin 128-ci maddəsi ilə (sağlamlığa yüngül xəsarət yetirmə) ev dustaqlığına məhkum edilən keçmiş ər (adı istintaq maraqlarına uyğun olaraq açıqlanmır) öz övladlarını görməyə çalışıb, lakin qadın ona bu imkanı verməyib.

Qeyd etmək lazımdır ki, onun ev dustaqlığına ayağına taxılmış qolbaq vasitəsilə nəzarət edilib. Qolbaq qoyulan qadağa və məhdudiyyətlərə riayət olunması üçün nəzərdə tutulub.

Əldə edilmiş məlumata əsasən, cinayətkar ayağından qolbağı qoparıb və turşu əldə edərək, qisas niyyətilə keçmiş həyat yoldaşının yanına yollanıb. Cinayəti törətdikdən sonra o, hadisə yerindən uzaqlaşıb, zərərçəkən isə xəstəxanaya yerləşdirilib.

Hazırda Binəqədi RPİ əməkdaşları qaçmış məhbusun yaxalanması üzrə cinayət-axtarış tədbirləri keçirir. Fakt üzrə AR CM-nin 126-cı maddəsinə əsasən (sağlamlığa ağır xəsarətin yetirilməsi) cinayət işi açılıb.

Qeyd edək ki, Ədliyyə Nazirliyinin Probasiya Xidməti 2017-ci ildə Azərbaycanda cinayət-hüquq siyasətinin və qanunvericiliyin humanistləşdirilməsi çərçivəsində yaradılıb.

10 fevral 2017-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncam imzalanıb. Bu sərəncam əsasında Probasiya Xidməti yaradılıb.

Probasiya institutunun tətbiqi məhkumların cəza müəssisələrindən xaric islah edilməsi üçün şərait yaradır, cəmiyyətdən təcrid olunmadan mövcud sosial əlaqələri qorumağa imkan verir.

Azadlıqları məhdudlaşdırılmış şəxslər elektron qolbaq vasitəsilə nəzarətdə saxlanılır. Avropa ölkələrində elektron nəzarət vasitələrinin tətbiqi sahəsində keçirilən tədqiqatlar göstərir ki, barələrində bu vasitələrdən istifadə olunan məhkumların 91 faizi cəza şərtlərini pozmur, 94 faizi isə təkrar cinayət törətmirlər. Görünən odur ki, Bakı sakini bu 94 faizə daxil deyil.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 602 Tarix: 17.08.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər