Anası telefonunu əlindən alan qız soyuducu ilə tvit atdı - Maraqlı olay

Anası telefonunu əlindən alan qız soyuducu ilə tvit atdı - Maraqlı olay
Doroti adlı ABŞ-lı qız üçün "Tvitter"də kampaniya başladılıb. "Dorotiyə azadlıq" adlı kampaniyanın səbəbi və hekayəsi isə çox maraqlıdır.

Yemək bişirdiyi zaman telefondan video izləyən və fikri videoda qaldığı üçün kiçik yanğın çıxardan 15 yaşlı Doroti cəza olaraq anası tərəfindən telefonundan məhrum edilib.

2 həftə öncə telefonuna anası tərəfindən əl qoyulan qız ilk olaraq "Nintendo 3DS" oyun konsulundan tvit ataraq bildirib: "Sonuna qədər gedirəm. Anam telefonumu aldı. Hamınız üçün darıxacağam. Ağlayıram. Sağolun".

Sabahısı gün isə anası tərəfindən "Dorotinin oyun konsulundan "Tvitter"ə girdiyini gördüm, bu hesab silinəcək" deyə tvit atılıb.

Anası bu cihaza da əl qoyduqdan sonra Doroti son çarə olaraq "LG" markalı soyuducunu seçib. O soyuducu ilə tvit atıb: "Bu tvitin çatıb çatmayacağını bilmirəm. Soyuducu ilə yazıram. Çünki, anam bütün cihazlarımı əlimdən aldı".

İngilis "Quardian" qəzetinə danışan Doroti "Anan niyə sadəcə olaraq internet bağlantısını kəsmir?" sualına belə cavab verib: "Anam texnologiya məsələlərində çox da yaxşı deyil".(metbuat)

Anası telefonunu əlindən alan qız soyuducu ilə tvit atdı - Maraqlı olay

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 1678 Tarix: 17.08.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər