Evini yandırdı, arvadı və uşaqları öldü... - 26 il səhvən həbsdə yatan şəxsə bu qədər təzminat ödənəcək

Evini yandırdı, arvadı və uşaqları öldü... - 26 il səhvən həbsdə yatan şəxsə bu qədər təzminat ödənəcək
ABŞ-da 26 il həbsdə olan şəxsin günahsız olduğu məlum olub.

Hakim Dana Nessel açıqlamasında 1985-ci ildə qəsdən yanğın çıxararaq arvadı və 2 qızının ölümünə səbəb olduğu üçün 1986-2012 illərdə məhkum olunan 61 yaşlı Devid Qavitin günahsız olduğunun müəyyən edildiyini bildirib.

Yeni araşdırmalardan sonra Qavitin qəsdən yanğın çıxardığına dair dəlillərin əsassız olduğunu ifadə edən hakim deyib ki, ona günahsız yerə həbs olunduğu üçün 1.3 milyon dollar təzminat ödənəcək.

Heç bir sistemin mükəmməl olmadığını deyən Nessel Qavitin cəmiyyətə yenidən uyğunlaşmağının asan olmadığını, məsum olduğu halda bu qədər uzun müddət həbsdə yatan birinə təzminat verilməli olduğunu deyib.

Qeyd edək ki, hadisənin baş verdiyi Miçiqan əyalətində məhkumlara günahsız yerə həbs yatdığı hər il üçün 50 min dollar məbləğ ödənilir. (metbuat)

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 956 Tarix: 17.08.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər