"28 May"da üç ay əvvəl dayandırılan eskalator bərpa edildi

"28 May"da üç ay əvvəl dayandırılan eskalator bərpa edildi
“28 May” metro stansiyasında istifadəsi dayandırılan eskalatorun fəaliyyəti bərpa edilib.

BiG.AZ-ın məlumatına görə, bu barədə Oxu.Az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, üç ay əvvəl dayandırılan eskalatora istehsalçı şirkət tərəfindən baxış keçirilib:
"Eskalatorlar Almaniyanın “ThyssenKrupp AG” şirkəti tərəfindən təmin edilib. Öncədən əldə olunmuş razılaşmaya əsasən, şirkət istənilən vaxt eskalatorları yoxlaya bilər. “Bakı Metropoliteni” həmin şirkətin əməkdaşlarının yoxlama aparmasına şərait yaradır. Artıq eskalatorun fəaliyyəti bərpa edilib”.

B.Məmmədov bildirib ki, yoxlanışa dayandırılan eskalator metronun “28 May” stansiyasının 2015-ci il mayın 5-də təmirdən sonra yenidən istismara verilən köhnə çıxışında quraşdırılıb.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 267 Tarix: 17.08.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər