Azərbaycanlı tanınmış vəfat etdi - FOTO
Bakı Dövlət Universitetinin professoru, tanınmış alim Pənah Xəlilov vəfat edib.
BiG.AZ xəbər verir ki, o, 94 yaşında dünyasını dəyişib.
Pənah Xəlilov 1948-ci ildən fəal ədəbi yaradıcılığa başlayıb. Ədəbi tənqid, ədəbiyyatşünaslıq və bədii tərcümə ilə məşğul olub.
Azərbaycan ədəbiyyatı və keçmiş SSRİ xalqları ədəbiyyatı sahəsində ixtisaslaşıb. "Azərbaycan sovet ədəbiyyatı tarixi" (üç cilddə) və "Azərbaycan sovet ədəbiyyatı tarixi oçerkləri" kitablarının müəlliflərindən biridir.
1963-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.
BiG.Az


Xəbərlər Baxılıb: 3274 Tarix: 17 avqust 2019
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş