Tanınmış futbolçu vəfat etdi - FOTO

Tanınmış futbolçu vəfat etdi - FOTO

Argentina millisinin sabiq üzvü Xose Luis Braun vəfat edib.

BiG.AZ unikal.org-a istinadən xəbər verir ki, keçmiş müdafiəçi uzun müddət idi ki, altsheymer xəstəliyindən əziyyət çəkirdi. Braun 62 yaşında dünyasını dəyişib. “Tata” ləqəbi ilə tanınan Braun, 1986-cı ildə keçirilən dünya çempionatının finalında – Argentinanın Qərbi Almaniyanı məğlub etdiyi oyunda (3:2) komandasının ilk qolunu vurmuşdu.

Mərhum futbolçu klub karyerasında “Estudiantes”, “Boka Xuniors”, “Mursiya”, “Brest” kimi komandalarda çıxış etmişdu.

Braun 2008-2011-ci illərdə Argentina milli komandasında köməkçi-məşqçi vəzifəsində çalışmışdı.
Tanınmış futbolçu vəfat etdi - FOTO

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 684 Tarix: 14.08.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər