Bakıda yük maşını polis bölməsinə çırpıldı - FOTO

Bakıda yük maşını polis bölməsinə çırpıldı - FOTO

Bakıda yük maşını polis bölməsinə çırpılıb.

BiG.AZ xəbər verir ki, hadisə ilə bağlı məlumat sosial şəbəkədə paylaşılıb. Bildirilib ki, yük maşını 37 nömrəli polis bölməsinin qapısını qırıb, divarın bir hissəsini dağıdıb.

Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Unikal.org-a açıqlamasında bildirib ki, hadisə ehtiyatsızlıq nəticəsində baş verib:

"Sürücü dönmə əməliyyatını yerinə yetirən zaman səhvə yol verib və nəticədə yük maşını bölmənin divarına çırpılıb. Hadisə nəticəsində xəsarət alan yoxdur".
Bakıda yük maşını polis bölməsinə çırpıldı - FOTO

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 499 Tarix: 14.08.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər