Bakıda 16 yaşlı yeniyetmə burun əməliyyatı zamanı öldü

Bakıda 16 yaşlı yeniyetmə burun əməliyyatı zamanı öldü

Bakıda özəl klinikalardan birində rinoplastika (burun estetik əməliyyatı) nəticəsində növbəti ölüm faktı qeydə alınıb.

BiG.AZ xəbər verir ki, bunu Oxu.Az-a Yasamal rayon Polis İdarəsindən bildiriblər.

Məlum olub ki, hadisə Kazım Kazımzadə küçəsində yerləşən "Uniklinika"da baş verib. Burada avqustun 13-ü saat 19:00-da əməliyyat zamanı 2003-cü il təvəllüdlü paytaxt sakini Xurşudov Mirəhməd Ağasəf oğlu ölüb.

Hazırda Yasamal rayon prokurorluğu faktla bağlı araşdırma aparır.

Həmin klinika ilə əlaqə saxlasaq da, əməkdaşlar məlumat verməkdən imtina etdilər.

Xatırladaq ki, 2018-ci ilin martında "StarMed" klinikasında burun əməliyyatı zamanı Azərbaycan Maliyyə-İqtisad Kollecinin 18 yaşlı tələbəsi Mürsəlova Leyla Namiq qızı ölmüşdü.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1516 Tarix: 14.08.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər