Havada kabus dolaşır - Azərbaycanın qonşuluğunda qorxunc təhlükə

Havada kabus dolaşır - Azərbaycanın qonşuluğunda qorxunc təhlükə

Rusiyanın Severodvinsk şəhərində ötən günlərdə raket mərmisi partlaması səbəbindən Şimal bölgəsində atmosferə daxil olan radiasiyanın həcminin 16 dəfə artdığı açıqlanıb.

BiG.AZ teleqraf.com-a istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi avqustun 7-də baş verən hadisədən sonra atmosferdə radiasiya səviyyəsinin normal olduğunu bildirmişdi.

“Rosqidromet” meteorologiya agentliyinin yaydığı açıqlamada isə Severodvinskdə radiasiya həcminin 4-16 dəfə artdığı, bunun normadan dəfələrlə çox olduğu qeyd edilib.

Qeyri-rəsmi mənbələr bu rəqəmin 20 dəfə çox olduğunu iddia edir.

Olaydan sonra Rusiyanın “Rosatom” agentliyinin 5 əməkdaşının həlak olduğu, 3 nəfərin isə yaralandığı açıqlandığı halda, Müdafiə Nazirliyi partlayış baş verən zaman 2 nəfərin öldüyünü, 6 nəfərin isə yaralandığını açıqlamışdı.

Partlayışa səbəb olan mühərrikin hipersonik gəmi əleyhinə “Zirkon” raketinə aid olduğu bildirilir.

Rusiyada partlayışın baş verdiyi hərbi baza 1954-cü ildə qurulub. Rusiya bu bazada ballistik raketləri sınaqdan keçirir.


Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 933 Tarix: 14.08.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər