"Bizə 36 manat sutkalıq yazırdı, sonra o rəqəmi 536 edirdi...əlimdə sənədlər var" - Tanınmış əməkdar artistdən direktora SƏRT İTTİHAMLAR

"Bizə 36 manat sutkalıq yazırdı, sonra o rəqəmi 536 edirdi...əlimdə sənədlər var" - Tanınmış əməkdar artistdən direktora SƏRT İTTİHAMLARİrəvan Dövlət Azərbaycan Dram Teatrının keçmiş aktyoru, əməkdar artist Vaqif Kərimov "Ölkə.Az"-ın suallarını cavablandırıb.

- Vaqif müəllim, İrəvan Dövlət Azərbaycan Dram Teatrından son illərdə təxminən iyirmiyə yaxın aktyor-aktrisa uzaqlaşdırılıb ki, onlardan biri də sizsiniz. Sizin işdən çıxarılmaq səbəbiniz nə oldu?

- Altmış beş yaş məsələsiylə bağlı işdən çıxarılmışam. İşdən çıxarılanda isə altmış yeddi yaşım var idi. Lakin bütün bunlara baxmayaraq, repertuarın böyük hissəsi mənim çiynimdə idi, əksər tamaşalarda baş rollar oynamışam. Düzdür, dövlətin qanunu var və bununla razılaşmaq borcumuzdur. Ancaq direktor İftixar Piriyev kollektivdə məndən yaşca böyük, təcrübəcə çox kiçik olan aktyoru saxladı.

- Sizcə, İftixar Piriyevin bu qərarı şəxsi qərəzdir, yoxsa idarəçiliyi yaxşı bilmir?

- Təbii ki, şəxsi qərəzdir. Çünki mən onun dediyini etmirdim.

- Məsələn?

- O deyirdi ki, Əjdər Zeynalovu, Elçin Hacıyevi işdən çıxartmışam, niyə onları dəstəkləyirsən? Teatrın həmkarlar təşkilatının idarə heyətinin üzvü idim. İclaslarda yeganə insan idim ki, fikrimi azad şəkildə deyirdim, onların etdiyi haqsızlıqlara göz yummurdum. İkincisi, Əjdər Zeynalovla İftixar Piriyevin məhkəməsində çox kəskin çıxış etdim. Birinci instansiya məhkəmədə Əjdər Zeynalov məhkəməni uddu, apellyasiyada yəqin ki, hansısa yollarla İftixar Piriyev qalib gəldi.

- Xalq artisti Vidadi Əliyev bir neçə gün öncə saytımıza müsahibəsində bildirmişdi ki, Mədəniyyət Nazirliyinin İftixar Piriyevə gücü çatmır. Sizcə, bir teatr direktoru mədəniyyət nazirindən daha böyük gücə sahib ola bilərmi?

- Bu məsələylə bağlı bir neçə dəfə Mədəniyyət Nazirliyində olmuşam. Baş Prokurorluğa yazdığım məktub nazirliyin hüquq şöbəsinə yönləndirilmişdi. Nazirliyin hüquq şöbəsi də birtərəfli iş apardı. Dedilər ki, faktları düz göstərməmisiniz.

- Fakt deyərkən?

- Məsələn, qastrollarda bizə sutkalıq verilməlidir. Bizə cəmi doqquz manat pul verilirdi, halbuki həmin məbləğ bildiyimə görə əlli manatdan çoxdur. Biz o sənədlərə qol çəkirik, vəssalam. Tutaq ki, mən 36 manata imza atıram, sonra həmin rəqəmin qarşısına beş artırır və olur beş yüz otuz altı manat. İş burasındadır ki, imza da atmısan. Nazirlikdən dedilər ki, sən o şeyi sübut edə bilməzsən.

- Gerçəkdən belə bir fakt olubmu? Yəni, sübutunuz varmı?

- Bəli, sənəd var, şəklini çəkmişəm.
- İstərdim ki, bir az da gənc həmkarınız Şəbnəm Cəbrayılovanın başına gələnlərdən, yaxud gətirilənlərdən danışaq...

- Əvvəla Şəbnəm çox istedadlı aktrisadır, ikincisi, Şəbnəm yetim uşaqdır, ikinci qrup əlil olan bacısına baxır. İftixar Piriyev ona qarşı bu hərəkəti edəndə, gərək əvvəlcə gözünün qarşısına öz balalarını gətirəydi. İftixar Piriyev, sənin qızlarının atası var, amma bu uşağın atası, anası yoxdur. Amma Şəbnəmin himayəsində gözdən əlil bacısı var. Bu həyatda iki bacıdırlar. Əgər teatrda on iki aktrisan varsa, onların əksəriyyəti yaşlıdırsa, niyə 27 yaşlı Şəbnəm səksən yaşlı qadını oynamalıdır? Əslində, Şəbnəmin dublyoru olan Səmayə İsmayılova Göygöldə istirahət edir, əməkdar artist Esmeralda Şahbazova işə gəlmir. Sadəcə, bu adamları direktorun yaxın çevrəsi olduğu üçün onlara yaşıl işıqdır. Teatrda bir qrup var, kimisə işdən çıxartmaq istəyirlərsə, bir "akt" tərtib edirlər ki, biz filankəslə işləmək istəmirik.

- O qrupa kimlər daxildir?

- O qrupa İftixar Piriyevin əlaltıları-Natiq Həziyev, Bəhruz Həmidoğlu, Müdvər Nemətova kimi adamlar daxildir. Məsələn, Əjdər Zeynalov işdən çıxarılan gün, saat onun yarısından teatrda idik. Truppa müdiri Müdvər Nemətova Əjdərin üzünə durdu ki, sən işə yarım saat gecikmisən. Halbuki işə bizdən sonra gəlmişdi. Orada kimisə işdən çıxartmaq problem deyil.

- Son 10-15 ildə teatr üçün itki sayılacaq hansı aktyor-aktrisalar işdən uzaqlaşdırılıblar?

- Sizə bir foto təqdim edəcəyəm, orada Şəbnəm Cəbrayılova da oynayır, mən də. Fotodakı 10-15 aktyordan cəmi iki nəfər işdə qalıb. İftixar Piriyev üçün kimisə işdən azad etmək problem deyil. Beş-üç əlaltısını yığır, beş gün əvvələ bir töhmət yazır, sonra da işdən çıxarır.

- Sizcə, İftixar Piriyevi kim himayə edir? Bir daha qeyd edirəm ki, xalq artisti Vidadi Əliyev müsahibəsində Mədəniyyət Nazirliyinin ona gücünün çatmadığını demişdi...

- Nazirlikdən başqa kim himayə edə bilər ki? Nazirlik marağında olsa, bu adamı işdən çıxardarlar. Elə şeylər var ki, susmaq olmaz. Zori Balayanla İftixar Piriyevin fotosunu kollaj edib səhifələrdə, sosial şəbəkələrdə yaymışdılar. Həmin kollajdan sonra gedib saqqalını qırxıb (gülür). Saqqalı qırxmaq kişilik deyil, kişilik adamın içində olmalıdır. Şəbnəmin başına gələnlər məni çox yandırır. Təsəvvür edin, deyir ki, mən onun hamilə olduğunu bilirdim, amma uşağının olduğunu bilmirdim. Bu açıqlamada hansı məntiq var? Məhər hamilə qadının qarnında kərktənkələ olur?

- İftixar Piriyev xalq artisti Vidadi Əliyevi təhqir edib, onu meymuna bənzədib...

- O, öz səviyyəsini göstərir. Vidadi Əliyev təhqir olunası insan deyil. Vidadi Əliyevin bu teatrın yaşamasında xidmətləri danılmazdır və o, ən azı ağsaqqal kimi işdə saxlanılmalı idi. Bu teatr Vidadinin çiynində gəlib, onun zəhmət ilə formalaşıb. O ki qaldı Şəbnəm məsələsinə, Mədəniyyət Nazirliyinin belə bir rəsmi göstərişi var ki, hər bir tamaşada aktyorların mütləq dublyoru olmalıdır. Bəs Şəbnəmin dublyoru niyə yox idi? Çünki o dublyorlar İftixarın dediyini təsdiqlədikləri üçün istirahətdədirlər.

- İşə bərpayla bağlı məhkəməyə müraciət etmək fikriniz var?

- Əlbəttə, var. Nazirlikdə mənə dedilər ki, istədiyin teatra səni bərpa edə bilərik. Etiraz etdim ki, məhz öz iş yerimi istəyirəm. Bildirdilər ki, sən onunla işləyə bilməyəcəksən. Əlbəttə, işləyə bilmərəm. Məgər İftixar Piriyev nazirlikdən də böyükdür? Aktyoru nazirlik göndərirsə, onunla işləmək direktorun borcudur. İncəsənət şöbəsinin müdiri İsmayıl İsmayılovun qəbulunda olmuşam, nazirə məktub yazmışam. Bu adam teatr adına, mədəniyyət və incəsənət adına ləkədir. Başqa söz tapmıram.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2504   Tarix: 14 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Dünyaya uşaq gətirmək vacib deyil"

"Sevinirəm ki, Fətulla (qardaşının övladı - red.) ailəni tək idarə edir. Dünyaya uşaq gətirmək vacib deyil". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Nisə Qasımova "Zaurla Günaydın" verilişində deyib. Müğənni ailəsindən danışıb:. "Fətulla uşaq idi, çılğın, hər şeydə

26.03.2024 493
.

"Sonradan soyunanda göz öyrəşmir"

Aparıcı Elnarə Təhməzova yeni paylaşımı ilə diqqət çəkib. OLAY yazır ki, o, feysbukda müzakirəli status paylaşıb. "Bir var əvvəldən soyunursan, bir də var sonradan. Göz öyrəşmir. Sonradan olunan heç nə maraqlı gəlmir", - deyə, aparıcı vurğulayıb

28.03.2024 287
.

İlkin qızının ad günündən görüntü paylaşdı

Aparıcı İlkin Həsəninin qızı Alisin ad günü olub. Axşam.az xəbər verir ki, aparıcı övladı üçün evində məclis edib. İlkin ad günündən görüntüləri sosial şəbəkə hesabında paylaşıb. Qeyd edək ki, İlkin bloger Aysellə ailəlidir. Cütlüyün iki övladı var

26.03.2024 1013
.

Aygün Kazımovanın qızının YENİ FOTOSU YAYILDI

Xalq artisti Aygün Kazımovanın qızı İlqarə Kazımovadan xəbər var. xəbər verir ki, o sosial mediada yeni fotosunu yayımlayıb. Foto marağa səbəb olub. İlqarə görünüşü ilə izləyicilərini heyran edib. Fotoya çox sayda tərif gəlib. Həmin paylaşımı təqdim edirik:

24.03.2024 5747
.

"Seriallarımız cılızdır, çəkilmirəm"

Xalq artisti Firəngiz Mütəllimova serialları tənqid edib. Axşam.az xəbər verir ki, aktrisa bu haqda "Danışır radio" proqramında deyib. O bildirib ki, seriallaraçəkilmir:. "Bəzən mənə də iradlar olurdu. Söyləyirdilər ki, biz səni filan tamaşada və ya serialda görmək istəmirik. Mən bun

27.03.2024 421
.

"Məni də oğlum idarə edir"

Xalq artisti Nisə Qasımovanın qonaq olduğu "Zaurla Günaydın" verilişində maraqlı anlar yaşanıb. OLAY yazır ki, aparıcı Günay Baxşəliyeva sənətçinin dırnaqlarındakı hərflərə diqqət çəkib. Qasımova ailə üzvlərinin adlarının baş hərfləri olduğunu deyib və oğlundan danışıb. "Fətulla oğlum

24.03.2024 446
.

"Yalı çapkını"nda gözlənilməz ayrılıq - Foto

"Yalı çapkını" serialında növbəti ayrılıq yaşanacaq. Axşam.az xəbər verir ki, ekran işinə aktrisa Binnur Kaya vida edəcək. O, layihədə "Nükhet" obrazına həyat verir. Qeyd edək ki, serialın baş rollarını Afra Saraçoğlu ilə Mərd Ramazan Dəmir canlandırır

24.03.2024 584
.

"Onları rəzil edəcəm!" - Ülviyyə Xəlilbəyli

Aktrisa Ülviyyə Xəlilbəyli yanacaqdoldurma məntəqələrinin birində aldadıldığını bildirib. "Qafqazinfo" xəbər verir ki, bu barədə o öz instaqram hesabında hekayə paylaşıb:. "Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi var. Nə qədər saxtakar, yalançıdırlar. Hər dəfə yanacağ

27.03.2024 1057
.

"Reytinqə görə verilişlər korlandı"

Müğənni Elnarə Xəlilova Əməkdar artist Elnarə Abdullayevanın sözlərinə dəstək olub. Axşam.az xəbər verir ki, ifaçı sğnət adamlarına səsləni:. "Reytinq adı altında verilişlərimiz korlandı. Musiqimizi bərbad hala saldılar. Artıq dur deməyin vaxtıdır. Sənəti bilənlər, Azərbaycan musiqisinin qeydin

26.03.2024 682