"Araz" supermarketlər şəbəkəsi alıcıları belə aldadır - FOTO

"Araz" supermarketlər şəbəkəsi alıcıları belə aldadır - FOTO

"Araz" Supermarketlər Şəbəkəsindin alıcıları aldatması ilə bağlı daha bir jurnalist paylaşım edib.

BiG.AZ xəbər verir ki, bu barədə tanınmış televiziya operatoru Ramin Şahbazov sosial şəbəkədə məlumat verib:"Araz" supermarketin qiymət firıldağı, vitrində 1.79 azn-ə olan "Slavyanka Boyaruska" şirniyyatı, kassada 2.39 azn-ə hesablanır. Məsələ ilə bağlı etirazımı bildirəndə, cavabları belə oldu ki, istəmirsənsə məhsulu geri qaytar".

Qeyd edək ki, bu Araz" Supermarketlər Şəbəkəsində birinci hadisə deyil. Bir neçə gün öncə tanınmış jurnalist Səbuhi Məmmədli Araz" Supermarketlər Şəbəkəsindən kiflənmiş pendir alması ilə bağlı sosial şəbəkədə özünün şəxsi səhfəsində paylaşım etmişdi.

Aysel Yusifqızı
"Araz" supermarketlər şəbəkəsi alıcıları belə aldadır - FOTO

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1565 Tarix: 14.08.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər