İstanbulda hoteldə YANĞIN: Turistlər xəsarət aldı

İstanbulda hoteldə YANĞIN: Turistlər xəsarət aldı

İstanbulda Fatih rayonunda hotellərdən birində yanğın başlayıb.

BiG.AZ Trend-ə istinadən bildirir ki, yanğın nəticəsində tüstüdən zəhərlənənlər olub. Zəhərlənənlərin əcnəbilər olduğu qeyd edilir, lakin onların vətəndaşlığı barədə məlumat verilmir. Xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib.

Hazırda hotelin ərazisi nəzarətə götürülüb, hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb edilib.

Yanğının hansı səbəbdən baş verməsi hələ məlum deyil.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 212 Tarix: 14.08.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər