İnsanı intihara sürükləyən əlamətlər - DİQQƏTLİ OLUN!

İnsanı intihara sürükləyən əlamətlər - DİQQƏTLİ OLUN!Cavanlar hər zaman intihara daha meylli olurlar. Depresiya, əqli problemlər, zorakılıq, narkotik vasitələrdən istifadə, cəmiyyətdən təcrid olunma onları intihara gətirib çıxarır.

Bu gün "Ölkə.Az" oxucularına intiharın qarşısını almağın yollarını təqdim edir.

Bəs niyə daha çox gənclər intihar edir?

İntiharın yaş həddi getdikcə aşağı enir. Hətta son zamanlar aşağı sinif şagirdlərinin belə intihar etdiyini eşidirik.
Bir çox insan bu yaş həddini yadırğaya bilər. Ancaq statistika 15 ilə 24 yaş arasındakı gənclərin intihar nisbətinin yüksək olduğunu göstərir.

Gənclərin intiharı depresiya, şizofreniya, bipolyar pozuntu, zorakılıq, cəmiyyətdən təcrid olunma, tənhalıq, evdə və ya ətrafda istismar edilməsi kimi sosial problemlər, mənəvi çökmə və psixi xəstəliklərlə əlaqəli olur. Aparılan araşdırmalara görə, kişilər qadınlara nisbətən daha çox intihara meyllidirlər. Qadınlar isə kişilərə nisbətən daha qeyri-sabit bir quruluşa malik olduqlarından, intihar etdikləri zaman bu fikirdən daşına bilirlər.

İntihar edən gənclərin əksəriyyətinin psixi problemləri olur.

Stres, qorxu, rədd edilmə, uğursuzluq, ailənin tələbləri, həyəcan və xaosla mübarizə aparmaq onlar üçün olduqca çətinləşir. Bütün bunlardan sadəcə ölməklə qurtula biləcəklərini düşünərək intihar edirlər. Çarəsizlik və qorxu onları intihar həddinə çatdırır.

Hansı amillər intihar riskini artırır?

- Depresiya da daxil olmaq üzrə psixoloji xəstəliklər;
- Yaxın dostlar və ya ailə üzvləri ilə mübahisə;
- Fiziki və ya cinsi istismar;
- Spirtli içki və ya narkotik maddə istifadəsi;

- Fiziki və ya tibbi problemlər (hamilə qalmaq və ya cinsi yolla keçən xəstəliklər);
- Zorakılıq qurbanı olmaq;
- Seksual qeyri-müəyyənlik;
- Ailə üzvləri və ya yaxın dostlardan birinin intihar etməsi;
- Duyğusal qeyri-sabitlik

İntihar etmək istəyən şəxs hansı addımları atar?

- İntihar və ya ölümlə bağlı zarafatlar etmək;
- "Öləndə hərşey bitəcək", "Kaş ki sonsuza qədər yox olabilsəydim ", "Ölsəydim, insanlar məni daha çox sevərdi" kimi cümlələr qurmaq;

- Ölümlə bağlı şeirlər yazmaq və ya şəkillər çəkmək;

- Yaralanmalara səbəb olan çox sayıda qəzalar;
- Dəyərli əşyalardan imtina etmək;
- Son dəfə görürmüş kimi dostlara və ya ailə üzvlərinə əlvida demək;
- Özünü öldürməyin yollarını araşdırmaq;
- Daha əvvəl intihara cəhd etmək;
- Hər hansı bir vəziyyətlə əlaqədar birdən-birə fikir dəyişikliyi;
- Daha əvvəl onları narahat edən şeylərə reaksiya verməmək;
- Evdən qaçmaq;
- Vecsizlik;
- Münasibətlərdə problemlər;
- Yuxu və yemək rejiminin dəyişməsi;
- Dramatik şəxsiyyət dəyişiklikləri;
- Görünüşün get-gedə pisləşməsi;
- Həddən artıq içki içmək;
- Dəyişkən ruh halı;
- Fiziki zərərdən həzz alma

Bəs kimlər daha çox intihara meylli olur?

- Daha yaxşı yaşamaq istəyənlər;
- Nəyisə öyrənməkdə çətinlik çəkənlər;
- Tənha insanlar;
- Özünə inamı olmayanlar;
- Depressiyada olan gənclər;
- Zorakılıq qurbanları;
- Cəmiyyətdən təcrid olunan şəxslər;
- Təcavüzə məruz qalanlar

Depresiya əlamətləri nələrdir?

Qəzəbli və kinli əhval - Əksər insanlar depresiyanı narahatlıq və qəmginliklə ifadə edir. Depresiyada olan şəxs zəhlətökən, əsəbi, emosional və ya qəzəbli olmağa meyllidir.

Səbəbi olmayan ağrılar

Depresiyada olan uşaqlarda baş ağrısı və ürək bulantısı kimi psixomatik əlamətlər olur. Tibbi baxımdan heç bir açıqlaması olmayan bu ağrılar depresiyanın varlığını göstərir.

Tənqidlərə həssaslıq

Yeniyetmələr özlərini tam olaraq tapmadıqları üçün bütün xəbərdarlıqları özlərinə hörmətsizlik kimi qəbul edir və özlərini dəyərsiz hiss edirlər.

Bu onları son dərəcədə həssas edir. Və onlar tənqidi heç bir şəkildə qəbul etmirlər.

Uşağınızın intihar edəcəyindən şübhələnirsinizsə nə etməlisiniz?

Əgər övladınızın intihar edəcəyindən şübhələnirsinizsə başqa biri ilə deyil, özü ilə söhbət edin. Özünü necə hiss etdiyini soruşun və sadəcə qulaq asın. Onları anlamağa çalışın. Sadəcə onların qorxularını, qəzəblərini və qayğılarını başa düşsəniz onlara kömək edə bilərsiniz.

Uşaqlarınızı gözardı etməyin, probləmlərinin kiçik və gülməli olduğunu deməyin. Əgər həqiqətən də kiçik bir problem olsaydı övladınız bunu özünə dərd etməzdi.

Sevginizi həmişə hiss etdirin. Qayğınızı heç zaman əskik etməyin və hər nə olursa olsun onun yanında olduğunuzu hiss etdirin.

Əgər uşağınızın intihara meylli olduğunu düşünürsüzsə, ən kiçik şübhəniz belə varsa özünüz həll etmək yerinə mütləq bir mütəxəssisə baş vurun.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1443   Tarix: 13 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137