Qulaq tutulmasından qorunma üsulları... TƏMİZLYİ NECƏ EDİLMƏLİDİR?

Qulaq tutulmasından qorunma üsulları... TƏMİZLYİ NECƏ EDİLMƏLİDİR?Qulaq kanalımızın özünü təmizləyən bir orqan olduğunu bilirdinizmi? Qulağın kirini təmizləmək üçün pambıqlı qulaq çöplərindən istifadə edirik. Lakin bu, bəzi insanalarda tərs effekt verir. BiG.AZ mövzu ilə bağlı geniş məlumatı təqdim edir.

Qulaq çöplərindən düzgün istifadə etmədikdə birçox problem meydana çıxır.

• eşitmənin itirilməsi
• baş gicəllənməsi
• qaşınma
• Tinnitus

Tinnitus- xaricdə səs olmadan qulaqlarda səsin- küyün eşidilməsidir.

Qulaq kiri qulaq keçəcəyinin dərisindəki vəzlər tərəfindən ifraz olunan maddədir. Onun tərkibi bir qayda olaraq kükürd, toz hissəcikləri, ölmüş epitel hüceyrələri və dəri yağından ibarətdir. Qulaq kiri eşitmə orqanının normal fəaliyyəti üçün önəmlidir. Qulağın daxilinə bakteriya, virus, göbələk kimi mikroorqanizmlərin daxil olmasına əngəl olur, həmçinin ölmüş epitel hüceyrələrini xaric edir. Normal halda qulaq kirinin artığı toplanmış toz və çirk hissəciklərilə birlikdə çeynəmə və udma hərəkətləri hesabına təbii şəkildə qulaqdan xaric olur. Patoloji hallarda qulaq kiri bərkiyir və xarici qulaq keçəcəyində tıxanma yaranır.

Tıxanmanın yaranma səbəbi:

– Vəzlərin fəaliyyəti və kir ifrazının artması;
– Qulaq keçəcəyinin anatomik olaraq dar olması və ya qıvrımlığı;
– Qulaq keçəcəyi dərisinin qulaq çöpləri, eşitmə aparatı və ya qulaqcıqla zədələnməsi;
– Otit və sinusit kimi keçirilmiş xəstəliklər;
– Mütəmadi olaraq tozlu şəraitdə fəaliyyət;
– Qulaq təmizləyərkən kirin təbil pərdəsinə doğru itələnməsi.

Qulaq tıxacının təmizlənməsi üçün həkimə müraciət edilməlidir. Təbil pərdənin tamlığı pozulmayanda, xəstə qulağında tıxanmanın varlığına əmin olanda, otit və ya başqa iltihabi xəstəlik keçirməyəndə və şəkərli diabeti olmayanda onu ev şəraitində də təmizləmək mümkündür.

Qulaq kirinin təmizlənməsi:
– Əvvəlcə qulaqdakı tıxanmanı yumşaltmaq lazımdır. Axşam yatmazdan qabaq qulaq keçəcəyinə dolana qədər ilıq qliserin və ya bitki yağı tökülür və pambıqla bağlanır. Səhərədək tıxanma tam yumşalır, pambıq çıxarılır və qulaq keçəcəyinə 20 ml-lik şprislə hidrogen-peroksid (perekis) vurulur. İynə şprisə taxılmamalıdır. Məhlulla birlikdə tıxanmanın hissəcikləri də xaric olunur. Çirk tam xaric olmadıqda iki gündən sonra prosedur təkrarlana bilər. Əks halda həkimə üz tutmaq lazımdır.

– Qulaq kirini yumşaltmaq üçün ilıq sarımsaq yağı istifadə oluna bilər. Onu hazırlamaq üçün 1 xörək qaşığı küncüt yağına xırda doğranmış və ya əzilmiş yarım diş sarımsaq əlavə olunur, vam ocaqda sarımsaq hissəcikləri qızarana qədər qızdırılır. Yağ süzüldükdən sonra gündə üç dəfə 3-4 damcı qulağa damızdırılır.

Uzun müddətli qulaqcıqdan istifadə, eşitmə kanallarının fəaliyyətinə mane olur. Həmçinin qulaqda kir yığılmasına şərait yaradır. həddindən çox qulaqda kir toplanması kanalı zədələyir,qulaqda infeksiyanın yaranmasına səbəb olur. eyni zamanda keçici karlıq da yaranır.lakin bu 3 gündən artıq olsa qorxmağa ehtiyac var.

Mütəxəssislərin fikrinə görə, qulağı spirt və sirkədən ibarət bir qarışıq ilə təmizləmək ən məntiqli üsuldur. Bu qarışıqdan qulağa sadəcə bir neçə damla tükdükdən sonra qulaq kiri daha tez xaric olacaq.

Qulaqlarınızı qulaq çöpü ilə təmizləməyin. Bu, olduqca təhlükəlidir. Sübut olunub ki, xarici qulaqdakı dəri quruluşu çox həssasdır. Xarici qulaqda olan və çox həssas bir dəri quruluşu olan pərdə eyni zamanda bölgəni xarici təsirlərdən və böcəklərdən də qoruyur. Qulaq çöpü ilə qulağı təmizləmək isə bu pərdəni irəli itələyir və burada sərtləşmə, bakteriyaya səbəb olur. Qulağın həftədə 1 dəfə təmizlənməsi qulaq təmizliyi üçün yetərlidir.(medicina.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1058   Tarix: 12 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Həkim məsləhəti olmadan vitamin qəbul etmək olar?

Türkiyənin Trakya Universiteti Tibb Fakültəsi Xalq Sağlamlığı şöbəsinin müdiri professor Qalip Ekuklunun həkim məsləhəti olmadan vitamin qəbul etməklə bağlı fikir bildirib. Professor bildirir ki, həkim məsləhəti olmadan istifadə edilən vitamin və əlavələr sağlamlıq problemlərinə səbəb ola bilər. İmmunite

11.02.2024 815
.

Yuxu zamanı ağızdan axan maye nəyi göstərir?

Yuxu zamanı ağızdan axan suyun ölümcül xəstəliklərin əlaməti ola biləcəyi vurğulanıb. Yuxu zamanı suyun axması ümumiyyətlə normal fizioloji prosesdir. Yuxu zamanı bədən rahatlaşır və əzələlər rahatlaşır. Bu, həmçinin ağız və boğaz əzələlərinin rahatlamasına səbəb olur ki, bu da tüpürcəyin sərbəst axmasın

11.02.2024 1090
.

Masaj xidməti faydaları

Masajın rahatladıcı və sağlamlıq üçün faydalı təsirləri ilə hər kəsə məlumdur. Gündəlik həyatın stress və gərginliyindən bir anlıq xilas olmaq istəyirsinizsə, peşəkar bir masaj xidməti tam sizin üçündür. Masaj sayəsində sizə ən uyğun masaj xidməti asanlıqla tapa bilərsiniz. İmmunitetinizi qaldırmaq v

24.03.2024 459
.

Qarğıdalının faydaları

Qarğıdalı PP, E, D, K, C, B qrupu vitaminlərlə zəngindir. Bundan əlavə qarğıdalının tərkibində kalium, kalsium, fosfor, maqnezium, dəmir, mis kimi vacib mikroelementlər, çox faydalı əvəzsiz aminoturşular var. Qarğıdalının faydaları orqanizmi şlaklardan, toksinlərdən və digər zərərli maddələrdən təmizləyir

23.03.2024 2788
.

Bu halda su içmək ziyandır

Daha sağlam və fit bir bədənə sahib olmaq üçün görülməli olan əsas işlərdən biri də su içməkdir. Bəzi insanlar su içməyi sevərkən, bəziləri günlərlə su içməyə bilər. Su içməmək orqanizm üçün ən zərərli vərdişlər sırasındadır. Bununla belə, düzgün vaxtlarda su içmək lazımdır. Yanlış vaxtda su içmək sağlamlığınız

16.02.2024 1242
.

Həkimlərdən təhlükəli ağrıkəsicilər barədə XƏBƏRDARLIQ

Dəri prosedurları zamanı istifadə edilən tərkibində lidokain olan ağrıkəsicilər qıcolma və ürək problemlərinə səbəb ola bilər. Bu barədə ABŞ Qida və Dərman Administrasiyasına (FDA) məlumat verib. Lidokainli kremlər, gellər, spreylər və sabunlar mikrodermabraziya, lazer epilyasiyası, tatuaj və pirsin

07.04.2024 402
.

Orqanizmi qripdən qoruyan zülal kəşf edildi

Alimlər COVID-19, qrip və digər viruslardan qoruya bilən zülal kəşf ediblər. xarici mətbuata istinadən xəbər verir ki, AGO4 zülalı nadir antiinflamatuar xüsusiyyətlərə malikdir. Tədqiqatçılar zərərli mikroorqanizmlərə qarşı ən böyük həssaslıq unikal protein çatışmazlığı olan hüceyrələrdə müşahidə olunur

31.12.2023 975
.

Alkoqol zəhərlənməsinin hansı əlamətləri var?

Həkim ağır alkoqol zəhərlənməsinin təhlükəli əlamətlərini açıqlayıb. xarici mətbuata istinadən xəbər verir ki, alkoqolun həddin artıq istehlakı çaşqınlıq, nitqin pozulması və koordinasiyanın olmamasına gətirib çıxarır. Bundan əlavə zəhərlənmə bulantı ilə müşayiət oluna bilər. Zəhərlənmə bədən istiliyini

06.01.2024 1132
.

Yaşlanmanı gecikdirən qidalar

Bilirik ki, yediklərimiz sağlamlığımıza böyük təsir göstərir. Çoxumuz yeməklərimiz üçün sağlam qidalar seçmək üçün əlimizdən gələni edirik. Bol tərəvəz istehlak etmək, işlənmiş ət və şəkəri minimuma endirmək sağlam yaşlanma üçün yaxşı başlanğıcdır. Axşam.az xəbər verir ki, seçdiyimiz qidalardan bəzilər

21.01.2024 1289