Tarixin unutduğu ixtiraçı - FOTO

Tarixin unutduğu ixtiraçı - FOTODünyada bəzi elmi kəşf və texniki ixtiralar paralel olaraq bir-birindən xəbərsiz şəkildə araşdırma aparan şəxslər tərəfindən edilib, yaxud da bir müəllif digərinin hansısa bir mərhələdəki önəmli uğurundan bəhrələnərək, kütləvi istehsala yararlı modellər hazırlayıb.

BiG.AZ Azərtac-a istinadən bildirir ki, belə ixtiraçılardan biri də avstriyalı dülgər Peter Mitterhofer (1822-1893) olub. O, uzun illər yazı makinası üzərində çalışıb. Dülgər tam 150 il bundan öncə - 1869-cu ilin avqust günlərində öz hazırladığı yazı makinası üzərində ilk məktubunu yazıb. Əslində, piano kimi dilləri olan musiqi aləti üzərində çalışan P.Mitterhofer 1864-cü ildən diqqətini yazı makinasına yönəldir. Bir neçə uğursuz və natamam modeldən sonra o, 1869-cu ildə öz təkmil modelini təqdim edir. Elmi dairələrdə bu beşinci modelin adı "Vyana modeli 1869" olaraq keçir.

Avstriya, Almaniya, İsveçrə və Fransada uzun illər tədris səfərlərində olan dülgər doğulduğu Tirol əyalətindəki Parçins kəndinə qayıdır və himayədarı Frans fon Qoldeqqin maddi dəstəyi ilə yeni ixtirası üzərində çalışır. Onun 1869-cu ildə hazırladığı təkmil model 82 klavişdən ibarət olmaqla, həm böyük, həm də kiçik hərfləri, eləcə də rəqəm və durğu işarələrini əhatə edirdi. İxtiraçı bu günümüzə qədər gəlib çıxan və makinada yazılan ilk məktubunu isə himayədarı F.fon Qoldeqqə ünvanlayıb.

P.Mitterhofer öz yeni ixtirasını Vyanada imperator sarayına təqdim etsə də, imperatorun ixtiralara rəy verən münsifləri bu icadı yalnız "qeyri-adi maşın" kimi dəyərləndirməklə kifayətləndilər. Dövlət qurumları tərəfindən bu ixtiranın düzgün qiymətləndirilməməsi P.Mitterhoferi ruhdan saldı və o, yazı makinaları üzərində işini dayandırdı. Hətta qəzetlər rişxəndlə sadə bir dülgərin heç nəyə lazım olmayan yazı makinası hazırladığını, bundan sonra düşünmə makinası da ixtira olunarsa, məktəblərə ehtiyac qalmayacağına dair yazılar dərc etdilər. İmperator xəzinəsində P.Mitterhoferə bu ixtirasına görə 150 qulden mükafat verildi, ixtiranın seriya istehsalı barədə düşünən belə olmadı.

Cəmi dörd il sonra ABŞ-da "Sholes & Glidden" adlı ilk yazı makinalarının kütləvi istehsalına start verildi. Bu modeldə P.Mitterhoferin yazı makinasının konstruksiya elementlərinə rast gəlinirdi və belə hesab olunur ki, amerikanlar 1873-cü ildə Vyanada Ümumdünya Sərgisində Mitterhoferin modeli ilə yaxından tanış ola bilmişdilər.

Qeyd edilməlidir ki, Mitterhoferə kimi yazı makinaları üçün bir sıra cəhdlər olmuşdu. Alman Karl Drays (1821), italyan Turri (1808) və Novara (1855), fransız Jan Bernand Fuko (1855) yazı üçün makinalar icad etsələr də, bir çox çatışmazlığı olan bu makinalardan heç biri kütləvi istehsala yaramırdı. Mitterhoferin ixtirası isə müasir yazı makinaları üçün mühüm elementlər təqdim etdi: tiplər üçün qaldırıcı başlıq, üçcərgəli blok klaviaturası və bir klavişdən çoxfunksiyalı istifadə bu qəbildəndir. Eyni zamanda, onun makinası ilə yazı yazarkən mətni görmək də mümkün idi. Amerikada icad olunan makinalarda isə bu imkan yox idi. Yalnız "Underwood" şirkəti 1896-cı ildə belə bir model təqdim edə bildi. Şirkətin 12 milyon ədəd satılan bu modeli tarixə ən çox satılan yazı makinası kimi də düşüb.

Şöhrət və məşhurluqdan kənar yoxsulluq içində dünyasını dəyişən P.Mitterhoferin məzar daşı üzərində isə bu sözlər yazılıb: "Onun istedadının meyvələrini dərmək ondan bəhrələnənlərə nəsib oldu".

Bu gün P.Mitterhoferin doğulduğu Parçinsdə onun adını daşıyan muzeydə dülgərin həyat və yaradıcılığı ilə, ixtiralarını əks etdirən eksponatlarla yaxından tanış olmaq mümkündür.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1240   Tarix: 11 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659