20 il hıçqıraraq yaşadı

20 il hıçqıraraq yaşadı
Türkiyədə yaşayan Fatma Yılmaz adlı qadın qəribə xəstəlikdən əziyyət çəkib.

O, 20 il ərzində hıçqırıqla yaşayıb. Qadının probleminə isə çarə tapan olmayıb.

"Bu hal məni hər kəsdən uzaqlaşdırdı. Son günlər isə artıq nəfəs almağa belə fürsət vermirdi", deyə o bildirib.

Xəstəxanaya gətirilən qadının mədəsi rentgen edilib və onda indiyədək heç kimin fərqinə varmadığı diafraqma yırtığı aşkar edilib. Qadın dərhal əməliyyata alınıb. Hazırda isə onun vəziyyəti yaxşıdır.

"Hıçqırıq səbəbilə normal danışa bilmirdim. İndi isə hər şey qaydasındadır", deyə o bildirib. (axşam)

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 1083 Tarix: 04.08.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər