Ev şəraitində marsipan və mastika xəmirinin hazırlanması - QAYDALAR

Ev şəraitində marsipan və mastika xəmirinin hazırlanması - QAYDALARMastika və Marzipanın hazırlanma qaydaları yəqin ki, hamınız üçün maraqlıdır. Bəs bu xəmirlərin bənzər və fərqli cəhətləri nələrdir? Çoxumuz elə bilirik ki, bu sözlər eyni xəmirin müxtəlif adlarıdır. Əslində isə, belə deyil. Mastika çox zaman jelatin, nişasta və s. ərzaqlardan hazırlanan bərk xəmirdir ki, ondan tortların üzərini tam örtmək və müxtəlif mürəkkəb formaları hazırlamaq üçün istifadə olunur. Marzipan isə mütləq şəkildə badam unu ilə hazırlanan şirin xəmirdir. Ondan peçenye, müxtəlif rəngli konfetlər və təbii ki,tortların üzərini bəzəmək üçün istənilən formalı bəzəklər hazırlamaq olar. Lakin unutmayın ki, marzipan xəmiri mastikaya nisbətən daha kövrəkdir. Odur onu tortun üzərinə örtük kimi, istifadə etmək yalnış fikirdir.

Tərkibi:

Mastika

2 x/q su

1,5 ç/q jelatin

1,5 ç/q qlükoza

2 ç/q qliserin

455 qr ələnmiş şəkər kirşanı

Marzipan

1 stəkan badam ləpəsi

1 stəkan şəkər tozu

1/3 stəkan su

2-3 damcı badamm esensiyası

Hazırlanması:

Mastika

İlıq suya jelatin töküb, qarışdırın. Tam həll olmağını gözləyin. Kütləni mikrodalğalı sobada təxmini 8 saniyə saxlayın ki, qızsın (qaynatmaq olmaz yoxsa atmaq lazım gələcək). İsti jelatinə qlükoza və qliserin töküb, qarışdırın. Qarışımın üzərinə yavaş-yavaş qarışdıraraq şəkər kirşanı səpin. Qaşıqla qarışdırmaq tam mümkünsüz hala gələndə, artıq kirşan xəmirə səpərək, əllə yoğurun. Xəmir hamar və ələ yapışmayan hala gələndə tam hazır sayılır. Bu xəmirə müxtəlif qida rəngləri qatmaq olar. Mastikanı sellofana büküb, 2 həftəyədək soyuducuda saxlaya bilərsiniz. İstifadə üçün çıxardanda isə, otaq temperaturuna gətirin.

Marzipan

Marzipan xəmiri hazırlamaq üçün badam ləpələrini ilıq suda saxlayıb, qabıqlarından təmizləyin. Sonra 2 dəqiqə ərzində quru tavada qarışdırın ki, nəm qalmasın. Sonra ləpələri blenderlə əzib un halına gətirin. Ya da mağazalardan hazır badam unu alın. Şəkər tozu və suyu ocağın üzərində qaynadıb, sirop hazırlayın. Sirop o həddə qədər bişməlidir ki, əlinizlə yuvarlayıb, xırda toplar düzəltmək mümkün olsun. Lakin diqqət edin ki, sirop karamel qatılığınadək bişməsin. Siropa badam unu töküb, badam esensiyası damcıladın. Əvvəlcə xəmir duru olacaq. Lakin ocağın üzərində 2-3 dəqiqə qaynatdıqdan sonra qatılaşıb, istədiyiniş tərkibi alacaq. Hazır marzipan əlinzdə ovulursa üzərinə azca su əlavə edib, yoğurun. Həmçinin ona istədiyiniz qida rəngi də qata bilərsiniz. Bu reseptlə hazırlanmış xəmiri doğrayıb, konfet kimi də nuş edə bilərsiniz. Marzipanı sellofana büküb, saxlayın, yoxsa quruyub, istifadəyə yararsız hala gələ bilər.(publika)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1563   Tarix: 04 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942