Əliövsət Əliyev "Türkiyə üçün vizanın ləğvi Azərbaycanda turizmin inkişafına təsir göstərəcək."

Əliövsət Əliyev "Türkiyə üçün vizanın ləğvi Azərbaycanda turizmin inkişafına təsir göstərəcək."Türkiyə vətəndaşları üçün viza rejiminin ləğvi, şübhəsiz ki, Azərbaycanda turizmin inkişafına təsir göstərəcək.

Bunu Oxu.Az-a müsahibəsində Almaniyada yaşayan miqrasiya məsələləri üzrə tanınmış ekspert Əliövsət Əliyev deyib.

Ə.Əliyevin sözlərinə görə, bu, ilk növbədə, iki ölkə arasındakı qardaşlıq münasibətlərini sübut edən siyasi qərardır ki, bu da çox vacibdir:

"Vizasız rejim, o cümlədən, Naxçıvanda turizmin inkişafına təsir edəcək. Əlbəttə, bu, hamısı deyil. Bu gündən etibarən Türkiyədə Azərbaycanı, onun turizm zonalarını, gəzməli-görməli yerlərini, hotellərini reklam etməyə başlamaq – göstərdiyimiz xidmətlərin Gürcüstan və Ermənistanla müqayisədə, daha keyfiyyətli və əlçatan olduğunu təqdim etmək lazımdır.

Əgər bu istiqamətdə səylər göstərilərsə, o zaman Azərbaycan artıq gələn il turistlərin sayına görə Gürcüstanı ötüb keçəcək və bu göstərici üzrə regionda lider ölkəyə çevriləcək. Hələlik biz Gürcüstandan geri qalırıq".

Ekspert hesab edir ki, gələcəkdə İran vətəndaşları üçün vizasız rejimi tətbiq etmək olar. Bu qərar da Azərbaycanda turizmin inkişafına təsir göstərəcək.

Onun sözlərinə görə, Azərbaycana gələn türklər görməlidir ki, bura investisiya yatırılmasına layiq ölkədir:

"Yəni hökumət korrupsiyanın qarşısının alınması və tender şəffaflığının təmin edilməsi üzrə ciddi işlər görməlidir. Belə olan halda respublika qısa müddət ərzində Cənubi Qafqazda turizm üzrə lider ölkəyə çevriləcək".

Ə.Əliyev diqqətə çatdırıb ki, əlbəttə, risklər də mövcuddur:

"Risklər Türkiyə ərazisində terror təşkilatlarının (PKK, İŞİD) mövcudluğundan ibarətdir – bu elementlər Azərbaycana keçməməlidir. Azərbaycan sərhədçiləri başdan-ayağadək müasir texnologiya ilə təchiz edilib və həmin riskləri dəf etmək olar".

Hüquqşünas turizm sahəsində göstərilən xidmətlərin qiymətinə də toxunaraq bildirib ki, Azərbaycanda qiymətlər çox yüksəkdir:

"Bununla əlaqədar sözügedən məsələyə yenidən baxmaq lazımdır. Təbii ki, yalnız turistlərin cəlb edilməsi ölkə iqtisadiyyatının inkişafı üçün kifayət deyil. Əcnəbilərin Azərbaycanı sabit və təhlükəsiz dövlət kimi görməsi önəmlidir".

Qeyd edək ki, Azərbaycana 30 günədək müddətə səfər etmək istəyən Türkiyənin ümumvətəndaş pasportuna malik vətəndaşları üçün 1 sentyabr 2019-cu il tarixindən etibarən viza tələbi ləğv edilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Turizm   Baxılıb: 3527   Tarix: 29 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rusiya vətəndaşları istirahət üçün Gürcüstan əvəzinə Türkiyəni seçəcəklər

Yaxın bir neçə ay ərzində istirahət məsələsində Gürcüstanı əvəz etmək üçün ən əlverişli istiqamət Türkiyə olacaq. "Report"un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu səyahətlərin təşkili xidməti - "OneTwoTrip"in mütəxəssisləri bildiriblər. Onlar Gürcüstanın əvəzin

27.06.2019 4300
.

Almaniyalı bloqer: Bakıya aşiq oldum

Almaniyalı bloqer Daniel Hakbuş (Daniel Hackbusch) 46 minlik şəxsi "Instagram" hesabında Bakıya səfəri zamanı lentə aldığı paytaxtımızın gəzməli-görməli yerlərini, eyni zamanda əzəmətli, futuristik və memarlıq incisi sayılan bir sıra binaların foto və videolarını paylaşıb. -a istinadən xəbə

29.07.2019 4006
.

Istanbula möhtəşəm Mega tur !

Istanbula möhtəşəm Mega tur Mart ayında sizi unudulmaz Istanbul turu gözləyir. Novruz bayramının yadda qalan olmağını istəyirsiniz ? Bu tur ilə həm İstanbulu gəzəcək, həm alış veriş edəcək,həm Galatasarayın stadionuna-muzeyinə girəcək və ən əsası dizi setlərini - məkanlarını gəzəcəksiniz. Azərbayca

04.02.2020 408
.

Azərbaycan ilə Malayziya arasında turizm sahəsində əməkdaşlıq əlaqələri genişlənir

Malayziya ilə Azərbaycan arasında turizm sahəsində əməkdaşlıq əlaqələri genişlənir. AZƏRTAC xəbər verir ki, ölkəmizin Malayziyadakı səfirliyinin bu ölkənin turizm şirkətləri ilə keçirdiyi görüşlər və apardığı danışıqlar nəticəsində Azərbaycana bu dost ölkədən gələn turistlərin sayı ilbəil artır. Səfirlikdə

26.06.2019 3329
.

Bu tarixdən Azərbaycanda turizm imkanları genişləndiriləcək - AÇIQLAMA

Pandemiya həyatımızın hər sahəsinə kökündən təsir etdi. Xəstəlik səbəbindən kütləvi ölümlərə, beynəlxalq bazarlarda neft qiymətlərinin kəskin azalmasına, iqtisadiyyatın bir çox sektorunda böyük həcmdə çöküşə səbəb oldu. Bu istiqamətdə ciddi zərər çəkən sahələrdən biri də turizm sektorudur. pandemiy

05.04.2021 2306
.

Səyahət zamanı götürməyə ehtiyac olmayan əşyalar

Çətirlər, dəsmallar, əlavə geyim və ayaqqabılar səyahət zamanı özünüzlə götürməyə ehtiyac olmayan əşyaların sırasına daxildir. "Aviasales" xəbər verir ki, ekspertlər təcrübəli turistlərdən çamadanlarında hansı artıq əşyaların olduğunu və növbəti səfərləri zamanı özləri ilə nələri götürməyəcəklərin

29.07.2019 3988
.

Turistlərə Rusiyada istirahət etmək müqabilində pul təzminatı ödəniləcək

Rusiyada istirahət etmək istəyən turistlər pul təzminatı alacaqlar. "İzvestiya"nın məlumatına görə, bunu RF-in Baş naziri Mixail Mişustin deyib. Onun sözlərinə görə, təzminat turdan asılı olaraq 500-1500 rubl (120-360 AZN) arası dəyişəcək. Bunun üçün hökumət 15 milyard rubl (360 milyon AZN-

22.07.2020 2717
.

Teymur Rəcəbov Levon Aronyanı MƏĞLUB ETDİ

Dünyanın məşhur şahmatçılarının yarışdığı "Skilling Open 2020" onlayn blits turnirinin VII turunda azərbaycanlı qrossmeyster Teymur Rəcəbov (2758) erməni şahmatçı Levon Aronyanla (2778) qarşılaşıb. "Report"a istinadən xəbər verir ki, ağ fiqurlarla oynayan Rəcəbov qələbə qazanıb.

23.11.2020 2521