Bilal Ərdoğan Milli Yaylaq Festivalının açılışında iştirak edib

Bilal Ərdoğan Milli Yaylaq Festivalının açılışında iştirak edibAzərbaycanda ilk dəfə olaraq ölkənin milli-mədəni dəyərlərini, tarixini və bir sıra ənənələrini özündə əks etdirən Milli Yaylaq Festivalı keçirilir.

BiG.AZ Oxu.Az-a istinadən xəbər verir ki, bu gün festivalın açılış mərasimi olub.

Mərasimdə türkiyəli iş adamı, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın oğlu Bilal Ərdoğan da iştirak edib.

B.Ərdoğan Kənd Təsərrüfatı naziri İnam Kərimovla birgə festivalın rəmzi lentini kəsib.

Festival Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), "Cavadxan" Tarix və Mədəniyyət Fondu, Gədəbəy Rayon İcra Hakimiyyətinin birgə tərəfdaşlığı ilə təşkil olunur.

Festivalın keçirilməsində Mədəniyyət Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə yanaşı, digər dövlət qurumları da tərəfdaşlar iştirak edir.

Gədəbəy rayonunun ərazisində yerləşən Düzyurd–Miskinli yaylağında, unikal konsepsiya əsasında keçirilən Milli Yaylaq Festivalına yerli iştirakçılar və turistlərlə yanaşı, xarici ölkələrdən çoxsaylı fəxri qonaqlar da qatılıb.

"Yaylaq Yurdu" adlı etnoqəsəbə artıq Gədəbəydə işinə başlayıb.

Mədəni-etnoqrafik hissədə tamaşalar, qədim xalq oyunları təşkil ediləcək, yaylaq mətbəx nümunələri, xüsusən də odun üzərində xörəklər: dovğa, çoban buğlaması, sacüstü kətələr, kabablar və digər yeməklər bişiriləcək.

Həmçinin yerli yorğa atların sərgi-müsabiqəsi keçiriləcək, yaylaq və spesifik kənd təsərrüfatı məhsullarının satış yarmarkası olacaq.

Festival müddətində Azərbaycanda tolerantlıq və multikulturalizmin əyani nümayişi olaraq ölkədə yaşayan müxtəlif etnik qrupların nümayəndələrinin mədəni proqramları və nümunəvi çıxışlarına yer veriləcək.

Tədbirdə qonaqlar və turistlər arasında kəndirdartma kimi kütləvi yarış və oyunlar təşkil ediləcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Turizm   Baxılıb: 4411   Tarix: 29 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Deyranın ləziz yeməkləri

Deyra Dubayın ən qədim rayonlarından biridir. Hindistan, Pakistan, İrandan və regionun digər ölkələrindən olan miqrantlar ilk dəfə məhz burada məskunlaşıblar. Hələ Dauntaunla "Dubai Mall" və ya "Dubai Marina" kimi dəbdəbəli rayonlar əmələ gəlməmişdən əvvəl şəhər həyatı və ticarə

26.06.2019 4182
.

Bu tarixdən Azərbaycanda turizm imkanları genişləndiriləcək - AÇIQLAMA

Pandemiya həyatımızın hər sahəsinə kökündən təsir etdi. Xəstəlik səbəbindən kütləvi ölümlərə, beynəlxalq bazarlarda neft qiymətlərinin kəskin azalmasına, iqtisadiyyatın bir çox sektorunda böyük həcmdə çöküşə səbəb oldu. Bu istiqamətdə ciddi zərər çəkən sahələrdən biri də turizm sektorudur. pandemiy

05.04.2021 2306
.

Naftalan sanatoriyası MDB-də ilk üçlüyə daxil oldu

Turizm portalı "TurStat" MDB məkanında istirahət və tibb sağlamlığı üçün nəzərdə tutulan kurortların reytinqini təqdim edib. Məlumatda bildirilir ki, rusiyalı turistlər payız fəslində, əsasən, Belarus, Azərbaycan və Qazaxıstana üz tuturlar:. "Belarusun Naroç gölü sahilində yerləşən kurortlar

20.11.2019 3698
.

Rusiya vətəndaşları istirahət üçün Gürcüstan əvəzinə Türkiyəni seçəcəklər

Yaxın bir neçə ay ərzində istirahət məsələsində Gürcüstanı əvəz etmək üçün ən əlverişli istiqamət Türkiyə olacaq. "Report"un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu səyahətlərin təşkili xidməti - "OneTwoTrip"in mütəxəssisləri bildiriblər. Onlar Gürcüstanın əvəzin

27.06.2019 4300
.

Azərbaycanın beynəlxalq hava limanları 2019-cu il üçün 2,4 milyon sərnişinə xidmət göstərib

Azərbaycanın beynəlxalq hava limanlarının sərnişin dövriyyəsi 2019-cu ilin birinci yarısında 2,4 milyon nəfər təşkil edib. Bunun da 2 milyon nəfəri Heydər Əliyev Beynəlxalq Aeroportunun payına düşüb ki, bu da ötən ilin analoji göstəricisindən 73 min sərnişin çoxdur. Bu barədə "Azərbaycan Hava Yolları"

29.07.2019 3248
.

Qobustanda palçıq vulkanları ilə bağlı turizm kompleksi yaradılacaq

Növbəti ildən etibarən Qobustan rayonu ərazisində yerləşən palçıq vulkanlarının birinin ərazisində böyük kompleksin yaradılması nəzərdə tutulub. -a istinadən xəbər verir ki, bunu Azərbaycan Turizm Sammitində Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov bildirib. Onun sözlərinə görə, komplek

29.11.2019 3668
.

Turistlərə Rusiyada istirahət etmək müqabilində pul təzminatı ödəniləcək

Rusiyada istirahət etmək istəyən turistlər pul təzminatı alacaqlar. "İzvestiya"nın məlumatına görə, bunu RF-in Baş naziri Mixail Mişustin deyib. Onun sözlərinə görə, təzminat turdan asılı olaraq 500-1500 rubl (120-360 AZN) arası dəyişəcək. Bunun üçün hökumət 15 milyard rubl (360 milyon AZN-

22.07.2020 2717