Bu dəri xəstəlikləri günəşi sevmir – Qaralmaq olmaz

Bu dəri xəstəlikləri günəşi sevmir – Qaralmaq olmazYay fəslində insanlar dərilərini günəşdə qaraltmaqla həm möhkəmlənmək, həm D vitamini almaq, həm də xoşagəlimli bürüncü rəng əldə etmək istəyirlər. Amma Heç də hamının dərisinə gün faydalı deyil. Son illər elm adamları günəş şüalarının insan dərisinə mənfi təsiri barədə xəbərdarlıq edir: Aşırı gün şüası, ultrabənövşəyi şüalar vaxtından əvvəl qocalma, dermatoz, dəridə iltihabi proseslər, dəri xərçəngi melanomaya belə səbəb olur.

BiG.AZMedicina.az hansı dəri xəstəliklərinin günəşi sevmədiyini təqdim edir. Bu problemləri olanlar ehtiyatlı olmalıdır.

-Ekzema

Çox geniş yayılmış dəri iltihabi xəstəliyi olub, dərinin səpməsi, qızarması, qıcıqlanması və qaşınmasıdır. Çox vaxt xroniki olur.

Bəzən ilkin mərhələdə gün işığı və istiliyi dərinin ekzemalı sahələrinə müsbət təsir edir, bir şərtlə ki, insolyasiya dəqiq və lazımi miqdarda olsun.

Çox hallarda isə isti hava və gün ekzemanın kəskinləşməsinə səbəb olur. Bu ona görə baş verir ki, dəri bu havada daha çox maye itirir, quruyur, zədələnir və infeksiyaya tutulma faizi artır, daha həssaslaşır.

Eləcə də isti havalarda xəstənin keçirdiyi stress, yuxusuzluq, susuzlaşma, allergenlər də ekzemanı kəskinləşdirir.
Dermatoloqlar məsləhət görür ki, ekzemalı xəstələr gün altında uzun müddət olmasınlar, təbii parçadan rahat geyimlər seçsinlər, kondinsionerin qurutduğu havada yatmasınlar, tez-tez duş qəbul edin, xüsusi nəmləndiricilər çəksinlər. Daim yanlarında termal bədən spreyləri gəzdirsinlər. Qidalarına fikir versinlər.

-Herpes virusu

Dünya Səhiyyə Təşkilatının statistikasına görə, əhalinin 3də biri sadə herpes virusu tipinin daşıyıcısıdır. Elə adamlar var, zamanla bu virus dodaqda uçuqla özünü göstərir, elə insan var, orqanizmdə inaktiv, yəni yatmış vəziyyətdə olur. Yayda bu virusu aktivləşdirən səbəblərdən biri də ultrabənövşəyi şüaların təsiridir.

Ona görə yayda dodaqlara nəmləndirici gigiyenik vasitələr, SPF tərkibli balzamlar çəkmək lazımdır. Residivin qarşısını almaq üçün immunitet möhkəmlənməli, çox isti və gün altında olmaqdan qaçmalı, fiziki aktivlik göstərməli, yuxu rejimini qaydaya salmaq lazımdır.

-Rozasea – çəhrayı civzələr

Dermatozun geniş yayılmış növüdür, ağbəniz xanımlarda daha çox olur. İsti olduqda dəri qəfildən qızarır, səpir, alın, yanaqlar yanır, köpüşlənir, səpkilər yaranır. Bu xəstəlik xronikləşir, səbəbi məlum deyil. Rozaseanı aktivləşdirən səbəblərdən stress, zob, qida, külək və təbii ki, quru isti hava, günəşdir.

Bu problemi olan insanlar üz və boyun dərilərinə birbaşa gün işığı düşməsinə imkan verməməlidir. Yüksək SPF-li günəş kremləri çəkməlidir. Alkoqol, qəhvə, soyuq içki, ədviyyat olmaz. Tez-tez üz dərilərini təmizlətməli, yumalı, nəmləndirməli, yüksək keyfiyyətli gigiyenik kosmetikadan istifadə etməlidirlər.

- Piqment ləkələri, hamiləlik piqmentasiyası

Melazma – daha çox hamiləlik və sonra, eləcə də yaşlanma ilə əlaqədar üz, boyun və əllərdə yaranan qəhvəyi ləkələrdir. Hormonal dəyişikliklərdən baş verir. Melanin – dəri piqmenti günəş işığına reaksiya verərək, ona qarşı müdafiə qatı yaradır ki, bu da həddən artıq çox piqmentasiya sahəsi formalaşdırır. Bu xanımlar əgər yayda hamilədirsə və ya artıq doğuş olubsa gündüz saat 11-16 arası açıq havaya çıxmamalı, yüksək indeksli SPF çəkməli, üzü günəşdən qoruyan şlyapa taxmalı, gündənqoruma eynəyində gəzməlidirlər.

Qocaldıqca hormonal yenidənqurma zamanı da qadınların sinə, boyun və əllərində belə ləkələr artır. Ona görə bu xanımlar da yayda çöldə az gəzməli, uzun qol və bağlı geyim seçməli, yüksək SPF üz və bədən kremlərindən çəkməlidir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1615   Tarix: 23 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Gənclərdə bağırsaq xərçənginin inkişafına səbəb olan risk faktorları hansılardır?

İtaliyanın Milan Universitetinin alimləri gənclər arasında bağırsaq xərçənginin inkişafına səbəb olan risk faktorlarını açıqlayıblar. Araşdırmanın nəticələri "Annals of Oncology" jurnalında dərc olunub. Alimlər gənclər arasında bağırsaq xərçənginin artmasına səbəb olan əsas amillərə artıq çəki

03.02.2024 1046
.

Qışda xəstəliklərdən qorunmaq üçün praktiki tövsiyələr

Qışda bəzi praktiki ehtiyat tədbirlərinə əməl etməklə böyük ölçüdə xəstəliklərdən qorunmaq mümkündür. Düzgün qidalanma ilə immunitetinizi gücləndirin. Gündəlik olaraq mövsümi meyvə-tərəvəzlərindən və bol lif tərkibli göyərtilərdən istifadə edin. Kifayət qədər miqdarda karbohidrat və zülal orqanizmi

14.01.2024 1096
.

Oruc tutarkən mədə ağrısından qorunun

Ramazan ayı boyunca ən çox rastlaşdığımız problemlərdən biri də mədədə olan ağrılardır. Axşam.az bu sıxıntıdan qurtulmaq üçün əməl etməli olduğunuz məsləhətləri təqdim edir:. 1. Balanslı bəslənin və normadan artıq yeməməyə çalışın. İftarı iki hissəyə bölüb, 1-1.5 saat fərqlə qidalanın. 2. Mütləq imsa

10.03.2024 934
.

Rənglər sağlamlığınızın qeydinə qalır

Yeməklərdəki rəngarənglik iştahanı artırır. Elə buna görə də aşpazlar yemək hazırlayarkən daha çox tərəvəzdən istifadə etməyə çalışırlar. Axşam.az xəbər verir ki, tərəvəzlərdəki rəngarənglik sağlamlığa da xeyirlidir. Bənövşəyi. Bu rəngdə olan tərəvəzlər sinir sisteminin sağlamlığı üçün yaxşıdır. Bu rən

30.03.2024 419
.

Arzuolunmaz tüklərdən qurtulmağın YOLLARI

Bədənimizi qoruyan tüklər bəzən arzuolunmaz ola bilər. Xüsusilə üz, qol və çənə kimi nahiyələrdə olan tüklər həyatımızda narahatlıq yaradır. Tüklərini ülgüclə götürmək istəməyənlər onu ağartmaqla bu problemdən xilas ola bilərlər. Burada tük ağartma üsulları işə yarayır. Hidrogen peroksid tükləriniz

14.04.2024 606
.

"Yalnız bir əlamət" - Xərçəngi üzdən belə tanıya bilərsiniz

Üzdə onkologiyanın ən təhlükəli növlərindən birinin – mədəaltı vəzi xərçənginin inkişafını göstərə biləcək bir əlamət görə bilərsiniz. Bu barədə onkoloq Andrey Vorobyov danışıb. xarici mediaya istinadən bildirir ki, həkimin sözlərinə görə, mədəaltı vəzi xərçəngi ilkin mərhələdə əlamətsiz inkişaf etdiy

11.02.2024 1843
.

Baş ağrısının səbəbi nələrdir və bundan necə qurtulmaq olar?

Baş ağrısının səbəbləri stres, qidalanma vərdişləri, göz problemləri, dərmanların yan təsirləri, diş çürüməsi, həmçinin qulaq, burun və boğaz xəstəliklərindən yarana bilər. Axşam.az xəbər verir ki, baş ağrının əsas səbəbləri aşağıdakı kimidir:. - Soyuqdəymə və qrip kimi xəstəliklər. - Stres. - Həddində

21.01.2024 942
.

Alimlər yeni pandemiyaya səbəb ola biləcək virusun adını açıqlayıblar

Qrip virusu yeni pandemiyaya səbəb ola bilər. "Report"un məlumatına görə, bu barədə "The Guardian" beynəlxalq araşdırmaya istinadən yazır. Sorğuda dünyanın müxtəlif ölkələrindən 187 alim iştirak edib. Onların 57 faizi qrip virusunun başqa bir ştamına görə yeni pandemiyanın baş verəcəyin

21.04.2024 250
.

Xərçəng xəstəliyi riskini ən çox artıran qida açıqlanıb

Qırmızı ətin normadan artıq istehlakı bağırsaq və prostat vəzi xərçəngi xəstəliyinə tutulmaq riskini artırır. "Report" xəbər verir ki, belə bir xəbərdarlıqla Türkiyənin tanınmış onkoloqu Nilüfər Avcı çıxış edib. Mütəxəssis qeyd edib ki, xərçəng dünyada ən çox insan ölümünə səbəb olan xəstəliklərdəndir

28.01.2024 2054