Müsəlmanlar öləndə niyə kəfənə bükülür?

Müsəlmanlar öləndə niyə kəfənə bükülür?Əsrlərdir ki, dəyişməyən və belə desək dəbdən düşməyən tək geyim kəfəndir. Hər nə qədər qəribə səslənsə də bu, reallıqdır. Müsəlman ölkələrində insanları məhz bu geyim növü ilə dəfn edirlər.

Bəs illərdir ki, şüuurlu və ya şüursuz şəkildə əməl etdiyimiz bu qaydanın mənası nədir? Niyə məhz kəfən, ağ parça?

Bu barədə sualları ilahiyyatçı, İçərişəhər Cümə məscidinin axundu Hacı Surxay Modern.az-a açıqlamasında cavablandırıb.

O bildirib ki, bütün islam ölkələrində kəfənləmə prosesi var.

"Elə müsəlman ölkəsi ola bilməz ki, orada ölən şəxsi kostyum və ya başqa geyimlə dəfn edələr. Bəs niyə kəfən? Çünki kəfən ağdır, heç bir ləkə götürmür. Əgər üzərinə ləkə düşərsə həmin dəqiqə bilinir. Dəfn olunmamışdan qabaq insan qüsullanır və ağ kəfənə bürünür. Bu, ondan ötrüdür ki, insan Allahın hüzuruna ağ, təmiz getsin. Bəzi hədislərdə də qeyd olunur ki, qiyamət günü əməllər kitabçası insanın kəfənində yazılır. Yəni bu bir simvolik olan adətdir".

İlahiyyatçı deyir ki, bütün ilahi dinlərdə kəfən anlayışı var, sadəcə bəzi insanlar dinləri təhrif edir.

"Zamanla Tövrat, İncil alimlər tərəfindən başqa cür təhrif olunub. Lakin onların hər birində kəfən barədə məlumat olub. Yəni hər iki dinin nümayəndələri ölərkən kəfənlə dəfn olunmalıdır. Lakin zamanla artıq onlar müasir geyimləri ilə ölüləri dəfn edirlər. Lakin bu, düzgün hal deyil. Çünki o geyimlərin hər biri bu dünyaya aiddir. Axirətlə o cür geyimlərin heç bir əlaqəsi yoxdur. Baxın, bütün müsəlman ölkələrində gündəlik olaraq geyinilən geyimlər fərqlidir.

Ərəbistanda bir cür, Azərbaycanda bir cür, İndoneziyada bir cür. Lakin fikir versəniz, dinindən asılı olmayaraq Məkkəyə ziyarətə gedərkən hər kəs ağ rəngdə geyinir. Yəni bu, o deməkdir ki, insanlar arasında bərabərlik statusu qorunur. Məsələn, ramazanda insanlar oruc tutur, varlı ilə kasıb arasındakı fərq bilinmir. Kəfən də belədir. Qiyməti 3-5 manat olan parça ilə hamı bərabər şəkildə o dünyaya yola düşür".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2897   Tarix: 23 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dubayda seldən xilas olmaq istəyən heyvan avtomobilin qapısından tutub-VİDEO

Dubayda neçə gündür silsilə yağışlar yağıb. BİG.AZ xəbər verir ki, küçələr su ilə dolub daşarkən ətrafdakı heyvanlar da çarəsiz durumda qalıblar. Ərazidə olan pişik avtomobilin qapısından tutub sağ qalmağa çalışması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Həmin videonu təqdim edirik:

19.04.2024 276
.

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, akademik Abel Məhərrəmov məhkəməyə verilib. Qaynarinfo xəbər verir ki, iddiaçı Əmirov Nazim Fərrux oğlu adlı şəxsdir. Onun iddia tələbi torpa sahəsinin boşaldılması və qanunsuz tikilinin sökülməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi iddianı təmi

19.04.2024 420
.

Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. BİG.AZ report-a istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikd

19.04.2024 935
.

Yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var

19.04.2024 620
.

Bakıda DƏHŞƏT! - Sevgilisini öldürüb özünü yaraladı

Bakıda 22 yaşlı qadın qətlə yetirilib. BİG.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu gün səhər saatlarında paytaxtın Xətai rayonunda 2002-ci il təvəllüdlü Cabbarova Elnarə Xətai qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı polisə məlumat daxil olub

10:03 368
.

Arvadına 22 bıçaq zərbəsi vuran kişi HƏBSDƏ ÖLDÜ

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum Qaçay Şahməmmədov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir. Qeyd edək ki, Qaçay Şahməmmədov 2022-ci ildə arvadını öldürməkd

19.04.2024 378
.

Millət vəkilləri arasında gərgin anlar yaşandı - VİDEO

Milli Məclisin aprelin 19-da keçirilən iclasında deputat Qüdrət Həsənquliyev Hesablama Palatasının açıqladığı rəqəmlərin ölkədə maliyyə intizamı ilə bağlı vəziyyətin acınacaqlı olduğunu göstərdiyini deyib. Milli Məclisin iqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə bu fikirlərl

19.04.2024 603
.

İlham Əliyevin diplomatiyasının növbəti zəfəri: İşğal altında olan dörd kənd qaytarıldı

Ermənistanın işğalı altında olan Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbayca

19.04.2024 674
.

Laçında usta bədbəxt hadisə nəticəsində ölüb

Laçında bədbəxt hadisə baş verib. APA xəbər verir ki, hadisə rayonun Hacısamlı kəndində qeydə alınıb. Belə ki, 1996-cı il təvəllüdlü Zəka Rəsul oğlu Rəsulov ekskavatoru təmir edən zaman üzərinə dəmir parçası düşüb. Nəticədə ağır bədən xəsarətləri alan 28 yaşlı Zəka Rəsulov Gəncəyə xəstəxanaya aparılarkə

19.04.2024 423