Bu dərmanların tez-tez qəbulu komaya səbəb olur - Həkimlərdən ciddi xəbərdarlıq

Bu dərmanların tez-tez qəbulu komaya səbəb olur - Həkimlərdən ciddi xəbərdarlıq

Valokordin və Korvalol adətən ürəkdə narahatçılıq, ağrı hissi zamanı istifadə olunur. Bu dərmanlar əhali arasında çox populyardır və apteklərdə reseptsiz satılır.

Lakin həkimlər xəbərdarlıq edirlər ki, bu 2 dərman heç də ziyansız deyil.

Saglamolun.az Rusiya KİV-lərinə istinadən bildirir ki, nə valokordin, nə də korvalol ürək-damar sistemi xəstəliklərinin müalicə və profilaktikasında heç bir yardım etmir. Bu səbəbdən həkimlər ürəkdə hər hansı narahatçılıq, ağrı olduqda bu dərmanlardan istifadə etməyi tövsiyə etmirlər ki, bu qiymətli vaxt itkisinə, xəstənin vəziyyətinin daha da ağırlaşmasına səbəb ola bilər.

Valokordin və korvalol əsasən yuxusuzluqdan əziyyət çəkənlərə yardım edə bilər. Bunun əsas səbəbi preparatların tərkibində olan narkotik maddə fenobarbitaldır. Fenobarbital tez bir zamanda asılılıq yaradır ki, insana “effekt almaq” üçün getdikcə daha böyük dozalar tələb olunur. Bu isə çox təhlükəlidir.

Ekspertlər xəbərdarlıq edir ki, müntəzəm olaraq istifadə olunduğu halda valokordin və korvalol sinir sistemi pozulmaları, nəzfəsalmanın pozulması və hətta komaya səbəb ola bilər.

Avropa ölkələrində bu preparatlar çoxdandır ki, istifadə olunmur.

Bütün bunları nəzərə alaraq mütəxəssislər bu preparatların özbaşına qəbulundan çəkinməyə çağırır.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1319 Tarix: 22.07.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər