Bakıda film kimi təqib - "Gelandewagen" və "Niva" YPX-dan belə qaçdı – VİDEO

Bakıda film kimi təqib - "Gelandewagen" və "Niva" YPX-dan belə qaçdı – VİDEOBakıda yol polisi tərəfindən keçirilən profilaktik tədbirlər zamanı Yasamal rayonu ərazisində iki avtoxuliqanlıq faktı qeydə alınıb.

BiG.AZ xəbər verir ki, bu barədə Yasamal rayon DYP-dən "avtosfer.az"a bildirilib.

Verilən məlumata görə, 90 ZJ 357 dövlət nömrə nişanlı, "Mercedes Gelandewagen" markalı avtomobili idarə edən Paşa Hüseynov rayon ərazisində avtoxuliqanlıq edib.

Belə ki, "Qələbə" dairəsi ərazisində xidmət aparan 99 YP 280 dövlət nömrə nişanlı patrul avtomobili ilə xidmət aparan YPX əməkdaşları həmin sürücünün 3000 manatdan artıq cərimə borcunun olduğunu müəyyən ediblər.

Daha sonra avtomobilin saxlanılması üçün işarə veriblər.

Amma sürücü maşını saxlamayaraq oradan uzaqlaşıb. YPX əməkdaşları onu təqib edərək sürücü yol hərəkəti qaydalarını müxtəlif üsullarla pozaraq təhlükəli manevrlər edib, sürət həddini aşaraq Şərifzadə küçəsinə daxil olub.

Bir qədər sonra isə süni tıxac yaradılaraq yaxalanacağını görən sürücü Paşa Hüseynov avtomobili Şərifzadə küçəsində saxlayaraq Yasamal Asan Xidmətin binasına daxil olub.

Yasamal rayon Yol Polisi Şöbəsinin əməkdaşları əraziyə Çevik polis əməkdaşlarını dəvət ediblər.

Polis əməkdaşları sürücünü Asan Xidmətin binasında aşkar edərək DYP şöbəsinə gətiriblər. Avtomobil isə cərimə meydançasına aparılıb. Lakin sürücü telefonla danışması üçün şərait yaradılmasını xahiş edib və yaranmış vəziyyətdən istifadə edərək şöbədən qaçıb.

Aparılan araşdırmalar zamanı məlum olub ki, Paşa Hüseynovun sürücülük hüququ məhdudlaşdırılıb.

Lakin o, hələ də sürücülük vəsiqəsini təhvil verməyib. Nərimanov rayon məhkəməsinin bunula bağlı müvafiq qərarı da var. Sürücülük hüququnun məhdudlaşdırılması isə Paşa Hüseynovun idarə etdiyi avtomobil ilə 3000 manatdan artıq cərimə borcunun olmasıdır.

O, xeyli müddətdir ki, həmin cərimələri ödəmir. Hazırda avtomobil cərimə meydançasındadır və sürücü barəsində toplanmış materiallar baxılması üçün Yasamal rayon məhkəməsinə təqdim olunub.

Digər avtoxuliqanlıq faktı isə "Niva" markalı avtomobil ilə bağlıdır. Sürücü Emin Muradov yol polisi tərəfindən verilən saxla işarəsinə tabe olmayaraq avtomobil ilə qaçmağa çalışıb.

Onun saxlanmasına səbəb isə avtomobilə edilmiş konstruksiya dəyişikliyidir. Sürücü qısa müddətdə saxlanılıb və avtomobil cərimə meydançasına aparılıb.

Lakin cərimə meydançasının qarşısında sürücü tabesizlik göstərərək avtimobil ilə birlikdə oradan uzaqlaşmağa nail olub.

Təhlükəsizlik şəhər kameraları vasitəsilə aparılan müşahidələr nəticəsində məlum olub ki, o hətta Bakı - Sumqayıt yoluna qədər avtomobili yüksək sürətlə idarə edərək təhlükəli manevrlər edib.

Eyni zamanda qərəzli hərəkətlərlə avtoxuliqanlıq əməlinə yol verib. Hazırda həmin avtomobilin saxlanılması üçün tədbirlər görülür.

Sürücü barəsində toplanmış materiallar aidiyyəti üzrə məhkəməyə göndərilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1509   Tarix: 22 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Elmira Süleymanova vəfat etdi

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə sabiq müvəkkili Elmira Süleymanova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə -a onun yaxınları məlumat veriblər. Bildirilib ki, E.Süleymanova günorta saatlarında dünyasını dəyişib. Qeyd edək ki, Elmira Süleymanova 17 iyul 1937-ci ild

14:16 379
.

Firuzə İbadova Cavanşir Məmmədova görə səhnədən gedir? - Açıqlama

Əməkdar artist Firuzə İbadova duet ortağı, Əməkdar artist Cavanşir Məmmədovun ölümündən sonra səhnəni tərk etməsi haqda yayılan xəbərlərə münasibət bildirib. Axşam.az xəbər verir ki, sənətçi sosial şəbəkədə paylaşım edərək xəbərin təhrif olunduğunu bildirib:. "Firuzə İbadova Cavanşir Məmmədov üçü

24.04.2024 743
.

Bakıda ƏMƏLİYYAT: Sosial şəbəkələrdə bıçaq satanlar tutuldu - VİDEO

Kəsici-deşici alətləri sosial şəbəkələrdə və paytaxt ərazisində müxtəlif ticarət mərkəzlərində yerləşən mağazalarda satan 6 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı və gəzdirilməsini

10:09 291
.

Fatimə dəyişib belə oldu - FOTOlar

Rəqqasə Fatimə Fətəliyeva görünüşündə dəyişiklik edib. axşam.az-a istinadən xəbər verir ki, sənətçi saç düzümünü dəyişərək, kəkil kəsdirib

24.04.2024 1269
.

Uelsdə məktəbə bıçaqlı hücum: 3 nəfər yaralanıb

Uelsin Ammanford şəhərində məktəbə bıçaqlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb. Hücum zamanı 1 nəfər şübhəli qismində saxlanılıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub

12:00 138
.

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? (İDDİA/VİDEO)

Bakı Sağlamlıq Mərkəzində tibbi təhsili olmayan, maşınqayırma texnikumunu bitirən şəxs anju əməliyyatı edir. Qaynarinfo xəbər verir ki, bu iddia ilə Bakı sakini Camal Şabanov çıxış edib. Onun sözlərinə görə, Bakı Sağlamlıq Mərkəzində Hüseyn adlı şəxs onu əməliyyat edib. "Cavan oğlan idi. Ondan soruşdu

24.04.2024 630
.

34 ildir "Simpsonlar"da görünən obraz "öldü"

"Simpsonlar" cizgi serialının yaradıcıları 34 il "Moe's" barında yer alan "Larri" personajını "öldürüblər". Axşam.az xəbər verir ki, ekran işinin son bölümündə onun öldüyü ilə bağlı səhnə yer alıb. Belə ki, bu personaj 34 ildir ki, həmişə dostu Sem ilə sözügedə

16:06 0
.

Rusiya: "ABŞ-nin Ukraynaya göndərəcəyi silahlar cəbhədəki vəziyyəti dəyişməyəcək"

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, ABŞ-nin Ukraynaya göndərməyə hazırlaşdığı silahlar cəbhədəki vəziyyəti dəyişməyəcək. xəbər verir ki, Peskov paytaxt Moskvada jurnalistlərin aktual mövzularla bağlı suallarını cavablandırıb. "Münaqişə bölgəsindəki vəziyyət çox aydındır. Bununla belə, yəqi

24.04.2024 309
.

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

12:40 209