Marşrut avtobusundan düşən 21 yaşlı qızı avtomobil vurdu

Marşrut avtobusundan düşən 21 yaşlı qızı avtomobil vurdu
Gəncədə piyadanın vurulması ilə nəticələnən qəza baş verib.

BiG.AZ apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.

Belə ki, 14 saylı marşrut avtobusundan düşən Gəncə şəhər sakini 1998-ci il təvəllüdlü Nazpəri Balayevanı “VAZ 21 07” markalı minik avtomobil vurub.

Zərbənin təsirindən piyada bir neçə metr kənara düşüb. 21 yaşlı qız dərhal xəstəxanaya yerləşdirilib. N. Balayevanın vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1136 Tarix: 21.07.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər