"İnşallah, mən də deputat olaram" - Elza Seyidcahan

"İnşallah, mən də deputat olaram" - Elza SeyidcahanBəstəkar-müğənni, əməkdar artist Elza Seyidcahannın "Yeni Müsavat"a müsahibəsini təqdim edirik:
- Elza xanım, bu günlərdə özünüzə ad günü keçirdiniz. Gələn qonaqlardan, hədiyyələrdən razı qaldınızmı?

- Ad günüm çox gözəl keçdi. Təmtəraqlı etməsəm də, qeyri-adi tədbir oldu.

- Mərasimlə bağlı fotolardan belə anlamaq olurdu ki, şou-biznes nümayəndələrini dəvət etməmişdiz. Özünüz dəvət etmədiniz, ya onlar gəlmədi?

- Tədbirdə ən yaxınlarım, ailəm idi. Şou-biznesdən demək olar ki, heç kimi dəvət etmədim. Sözün düzü, dəvət etməyə utandım. Kim eşitdisə gəldi. Həm tədbirdən əvvəl, həm də sonra çoxlu sayda təbriklər, hədiyyələr aldım.

- Bəs ən gözəl hədiyyəni kimdən aldınız?

- Bütün hədiyyələr gözəl idi. Ümumiyyətlə ad günümdə sevdiyim bütün insanlar yanımda idi. Bu mənim üçün ən gözəl hədiyyədir, dəyərdir. Qeyd etdiyim kimi bu ad günümü sadə keçirsəm də, planımda var ki, gələn ad günümü təmtəraqlı keçirim.

- Son zamanlar həm mərasimlərə, həm də efirlərə bacınız Rasimə xanım ilə birgə qatılırsınız. Səbəb nədir?

- Ümumiyyətlə, biz hər zaman bir yerdə olmuşuq. Hətta konservatoriya illərində də bir yerdə oxumuşuq. Lakin sonra bacım ailə həyatı qurdu və Amerikaya köçdü. Lakin gördüyünüz kimi sənət elə bir şeydir ki, onu atmaq olmur. Mənim bacım da peşəkar musiqiçi, ifaçıdır. Bəli, artıq birlikdə toylara gedir, efirlərə çıxırıq. Hətta birlikdə layihələrimiz də var ki, yaxın vaxtlarda onları da təqdim edəcəyik.

- Hazırda isti yay günlərini yaşayırıq və şou-biznes əhlinin əksəriyyəti artıq istirahətdə, dincəlməkdədir. Bəs siz nə zaman istirahətə çıxacaqsınız? Bu barədə planınız nədir?

- Mən çalışarkən istirahət edirəm, öz işimdən zövq alıram. Düşünürəm ki, bəzi işlərimi qaydasında saldıqdan sonra ölkəmizin gözəl guşələrindən birinə istirahətə yollanım.

- Bəs xarici ölkəyə getməyi düşünmürsünüz? Adətən şou-biznes əhlinin istirahət üçün əsasən xarici ölkəyə üstünlük verdiyinin şahidi oluruq.

- Bəli, baxıram sevinirəm ki, imkanları var, dincəlirlər.

- Yəni sizin də xarici ölkədə dincələ bilməməyinizə maddiyyat səbəbdir?

- Yox, sadəcə vaxtım yoxdur. Bildiyiniz kimi, mən peşəkar bəstəkaram, klassik əsərlərim, mahnılarım var, onların üzərində işləməliyəm.

- Son vaxtlar sanki şeirdən uzaq düşmüsüz. Yeni şeirlərinizə rast gələ bilmirik.

- Yox, yenə də şeir yazıram. Məsələn, bu günlərdə "Adamsız evlər, evsiz adamlar" adlı şeirimin üzərində çalışıram. Daha bir neçə şeirim də olacaq. Şeirlərim hər zaman maraqla qarşılanır. Məsələn, "Əşyalarım" şeirini əməkdar artist Hüsniyyə Mürvətova ifa etdi. Həmçinin Pantomima Teatrının aktrisası Leyla xanım şeiri çox gözəl bədiiləşdirdi və hər kəs tərəfindən bəyənildi.

- Bu günlərdə xalq artist Brilliant Dadaşova rüşvətxor məmurlara mahnı həsr etdi və ictimaiyyətdə heç də birmənalı qarşılanmadı. Sizin münasibətiniz necə oldu? Ümumiyyətlə, nə vaxtsa siz də məmurlara şeir və yaxud mahnı həsr etməyi düşünürsünüzmü?

- Düşünürəm ki, Brilliant xanım ümumiyyətlə dünyada olan rüşvətə qarşı oxudu. Təəssüf ki, bəzən bunu başqa yerə yozanlar da tapılır. Pis məmurlarla yanaşı dövlətin, xalqın qayğısına qalan məmurlar da var. Onları vəzifəyə gətirəndə ümid edirlər ki, xalqın, dövlətin qayğısına qalacaqlar. Buna əməl edən olduğu kimi, etməyən də var. El arasında belə bir söz var, "meşə çaqqalsız olmaz". O ki, qaldı mənə, ümumiyyətlə diqqət yetirəndə görərsiniz ki, bütün şeirlərimdə tənqid var.

- Məmurlardan söz düşmüşkən, 2015-ci ildə deputatlığa namizədliyinizi irəli sürdünüz. Sizi yenə də namizəd kimi görəcəyik?

- Allah bilir, bəlkə də. Niyə də olmasın. İnanıram ki, mən də buna nail olaram, vətənimə, dövlətimə xidmət edərəm. Əgər xalq məsləhət görərsə, seçərsə bunu özümə borc bilərəm.

- Qarşıdan gələn parlament seçkilərində namizəd olacaqsınız?

- İnşallah. Zamanında görkəmli bəstəkarımız Qara Qarayev və digər tanınınmış bəstəkar, musiqiçilərimiz də deputat olub, millət vəkili seçilib.

- Təxminən bir ay sonra mərhum xalq artisti İlhamə Quliyevanın da anım günü olacaq. Hər kəsə məlumdur ki, İlhamə xanım həyatda olarkən özünə çox təmtəraqlı doğum günü keçirər, ətrafına ən tanınmış şou-biznes əhlini toplayardı. Vəfatından sonra çox az adam onun anım gününü xatırlayır və yaxud yada salır. Siz necə, bu günə qədər nə vaxtsa onun qəbrinin üstünə getmisizmi və yaxud anmısızmı?

- Əlbəttə. Keçən də ad günündə gedib onun qəbrini ziyarət etmişəm. Vəfat edəndə də cənazəsinin üstünə ağ çiçəklər düzmüşdüm. Hətta evimdə ehsan da verirəm, buna jurnalistlər də şahid olub. Yəni daim xatırlayıram, anıram.

- Bu yaxınlarda həm də çox gözəl konsert proqramı ilə pərəstişkarlarınızın qarşısına çıxdınız. Bu konsertin davamı da olacaqmı?

- Ümumiyyətlə mənim bütün konsertlərim həmişə möhtəşəm keçib, hər kəs uzun müddət onun haqqında danışıb, yaddaşlarda qeyri-adi qalıb. Hətta övladlarımın da ad gününü mərasimlərini də qeyri-adi, maraqlı, layihə keçirirəm. Bütün bunların hamısı mənim öz ideyamdır və mən demək olar ki, sənətimin heç 50 faizini göstərmirəm.

Sonuncu konsertimə gəldikdə isə mən bunun üçün çox çalışdım, əziyyət çəkdim, böyük xərclərim oldu. Deyərdim ki, hələ bu günə qədər heç kəs bu cür konsert keçirə bilməyib.

Amma bilirsiniz ki, bu cür konsert keçirdikdə biz pul qazanmırıq, əksinə, xeyli xərclərimiz olur. Təsəvvür edin, konsertdən sonra hələ də bu günə qədər çalışıb, borclarımı ödəyirəm.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 707   Tarix: 21 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Qayınanam bacısı qızını salıb oğlunun yanına" - VİDEO

Tanınmış jurnalist və aparıcı Afət Rahilqızı açıqlaması ilə diqqət çəkib. xəbər verir ki, şəxsi həyatından danışan jurnalist maraqlı etiraflar edib. Övladı olmadığı üçün qurduğu ailədə problemlər yaşayan Afət onu müalicə üçün anasının evinə göndərən keçmiş qayınansını qınayıb. Sosial şəbəkə hesabında

15.04.2024 1496
.

"Zövqün yoxdursa, bataqlığa gedəcəksən"

"Savad və görüntü önəmlidir, amma zövqün yoxdursa, sən daim bataqlığa getməyə qaçacaqsan". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Vüsalə Əlizadə aparıcısı olduğu proqramda deyib. O, zövqdən danışıb. "Zövqün varsa pisin içindən bir yaxşını tapıb göstərəcəksən. Seçdiyin mahnı, geyi

18.04.2024 623
.

Ədalət Şükürov qızına toy edir

Əməkdar artist Ədalət Şükürov qızı Jaləyə toy edir. OLAY-ın məlumatına görə, sənətçinin övladının şad günü 5 mayda paytaxtın dəbdəbəli restoranlarından birində baş tutacaq. Qeyd edək ki, Ə.Şükürovun qızı Jalənin nişanı yanvarın 28-də olub. O, Ənvər adlı bəylə ailə qurmağa hazırlaşır

16.04.2024 1843
.

"Sihirli annem"in Dudusu Serenay haqqında: "Onda gəncliyimi görürəm"

"Sihirli annem" serialının Dudusu Nevra Serezli aktrisa Serenay Sarıkaya haqqında fikir bildirib. xəbər verir ki, Nevra Serezli Serenayı öz gəncliyinə bənzədib. "Serenayda gəncliyimi görürəm. O, hər şeyi dozunda edir. Ulduz işığı var, səhnəyə çox yaraşır" ,- deyə o bildirib

18.04.2024 393
.

"Xəstə qardaşımın ailəsinə baxıram" - Mətanət İsgəndərli

"Qardaşım uzun illərdir ki, dializ xəstəsidir. Onun ailəsini də mən dolandırıram. Əgər bu gün mən evimdə yemək yeyirəmsə, ürəyim partlayar, bilsəm ki, qardaşım və ya bacım ac oturub". -ın xəbərinə görə, bu fikirləri Əməkdar artist Mətanət İsgəndərli qonaq olduğu teleproqramlardan birində səsləndirib

16.04.2024 815
.

Bu il xalları Aysel açıqlayacaq

İsveçin Malmö şəhərində keçiriləcək "Avroviziya 2024" mahnı müsabiqəsində Azərbaycandan olan səsvermənin nəticəsini təqdim edəcək şəxsin adı açıqlanıb. Axşam.az xəbər verir ki, xalları Aysel Adıgözəlzadə (Teymurzadə) səsləndirəcək. Bildirilib ki, mayın 11-də İTV-nin efirində tamaşaçılar Aysel

17.04.2024 845
.

Ülviyyə Namazova: "Ərim ölməzdən qabaq zəng etdi, acıladım"

Tanınmış müğənni Ülviyyə Namazova teleproqramlardan birində şəxsi həyatı barədə danışıb. -ın xəbərinə görə, o, iki dəfə ailə qurduğunu, birinci həyat yoldaşını yol-nəqliyyat hadisəsi zamanı itirdiyini söyləyib. "Sevərək ailə qurmuşduq. Bizim məhəbbətimizi bütün Biləcəri bilirdi. Qızıma hamilə idim

18.04.2024 1934
.

"The Platform" filminin 2-ci hissəsi tezliklə yayımlanacaq

"The Platform" filminin 2-ci hissəsi tezliklə Netflixdə yayımlanacaq. xəbər verir ki, bu barədə xarici mətbuat bildirib. Qeyd edək ki, filmin birinci hissəsi böyük marağa səbəb olmuşdu

19.04.2024 222
.

Ramal qızı ilə görüntülərini paylaşdı

Müğənni Ramal İsrafilov qızı Liya ilə bağlı paylaşım edib. Axşam.az-ın məlumatına görə, ifaçı qızı ilə olan görüntülərini izləyiciləri ilə bölüşüb. O, videoya "Sadəcə bir eşq" qısa şərhini yazıb. Qeyd edək ki, R.İsrafilov 2014-cü ildə Sevda adlı xanımla ailə qurub. Cütlüyün qızı 2015-ci ild

15.04.2024 1041