İynəli estetik prosedurlar ölümlə nəticələnə bilər? - Həkim-kosmetoloqdan vacib açıqlamalar

İynəli estetik prosedurlar ölümlə nəticələnə bilər? - Həkim-kosmetoloqdan vacib açıqlamalarBir neçə gün öncə Moskvadakı estetik mərkəzlərdən birində üzünü masaj etdirən xanımın ölüm xəbəri yayılıb. Həmin xanımın üzündə iynə izləri aşkar olunduğundan, ağıla gələn ilk şey iynə vasitəsilə aparılan hansısa prosedurun letal nəticələrə gətirib çıxarmasıdır.

Bu xəbər isə iynə vasitəsilə həyata keçirilən estetik prosedurları şübhə altına alır, insanlarda müəyyən dərəcədə qorxu yaradır. Düzdür, bu hadisə Rusiyada baş verib, lakin ölkəmizdə də kosmetoloji prosedurlardan əziyyət çəkənlərin sayı kifayət qədərdir.

Oxu.Az sözügedən məqamları nəzərə alaraq, bu sahənin mütəxəssisi, həkim-kosmetoloq Sevinc Abdullayevaya müraciət edib.

Həkim estetik proseslərdən sonra baş verən neqativ hallardan danışaraq qeyd edib ki, kosmetologiya sahəsində təsadüfi insanların sayı xeyli çoxalıb:

"Son zamanlar kosmetoloji prosedurların mənfi nəticələri onu göstərir ki, bu sahədə tibbə aid olmayan insanların sayı çoxalıb. Onlar elə düşünürlər ki, kosmetologiya asan sahədir. Tibbi təhsili olmayan xanımlar bu sahəyə yönələrək kosmetologiya ilə məşğul olmağa başlayırlar. Sonda da xoşagəlməz nəticələr üzə çıxır".

"İynəli estetik prosedurlara müraciət edən şəxs kosmetoloqa gedən zaman nələrə diqqət yetirməlidir" sualına isə kosmetoloq belə cavab verib:

"Öncə istifadə olunan preparat haqqında düzgün informasiyaya malik olmaq lazımdır. Bu preparatın Azərbaycanda sertifikatı olmalıdır. Bir sözlə, preparat ölkəyə rəsmi şəkildə gətirilməlidir. Həkimin pasiyentlə apardığı söhbət də çox önəmlidir. Həkim öncə pasiyentin orqanizminə bələd olmalıdır. Pasiyenti sorğu-sual etməlidir və bilməlidir ki, bu prosedura onun hansısa əks-göstərişi var, ya yox, orqanizmində hansı xəstəliklər var, hansı dərmanlar qəbul edir, bədənində allergiyalar olurmu. Çox vaxt bu sualları vermədən pasiyenti masaya uzadıb kosmetoloji prosedurlar aparırlar. Bu isə birmənalı şəkildə səhvdir.

Adi lidokainə belə pasiyentin allergiyası ola bilər. Bəzi vaxtlarda həkimlər pasiyentlərdən lidokainə allergiyası olub-olmadığını soruşmurlar. Nəticədə də pasiyent anafilaktik şok keçirərək ölə bilər. Biz prosedurdan öncə üzərində iş aparacağımız nahiyəyə keyidici kremlər sürtürük ki, ağrı azalsın və ya hiss edilməsin".

S.Abdullayeva vurğulayıb ki, hamilə, süd verən qadınlara bu prosedur qəti qadağandır:

"Onkoloji, autoimmun, şəkər, qan xəstəliyi olan xəstələrin prosedurlardan uzaq durmaları məsləhətdir. Əgər pasiyentin kəskin şəkildə soyuqdəyməsi, qızdırması varsa, o, iynəli prosedurdan imtina etməlidir. Əgər xəstə ola-ola pasiyentə iynəli prosedur edilərsə, immunitet aşağı düşər, orqanizm zəifləyir. Nəticədə prosedurun əks-təsirlərinin üzə çıxması istisna olunmur".

O əlavə edib ki, iynəli prosedur iflicə səbəb ola bilməz. Əgər botulotoksin (botoks) inyeksiyası üzə düzgün vurulmasa, hər hansısa əzələnin öz formasını dəyişməsi halları ola bilər:

"Məsələn, qaş, göz qapağı hissələrinə təsir göstərə bilər. Bunu pasiyentlər iflic kimi qəbul edirlər. Bu, müəyyən müddətlik iflic sayıla bilər, amma 3-4 ay keçdikdən sonra həmin əzələ öz əvvəlki formasını alır".

Bəs iynəli prosedurların illər sonra hansısa fəsadları ortaya çıxa bilərmi? Kosmetoloqun cavabı belə olub:

"Bizim etdiyimiz prosedurlarda insan orqanizminə yaxın olan preparatlardan istifadə edirik. Onların tərkibində təbii maddələr var. Süni preparatlarla işləmirik və işləmək də istəmirik. Bu səbəbdən bu cür reaksiyalar ola bilməz. Sadəcə allergik reaksiyalar ola bilər".

İynəli prosedurların mövsümünə gəlincə, mütəxəssis yay mövsümündə əksər kosmetoloji prosedurların aparılmasına məhdudiyyət qoyduqlarını deyib:

"Bütün günü Günəş vannası qəbul edən insanlara bu cür prosedurları qadağa edirik. Lakin elə xanımlar var ki, Günəşli havada vaxt keçirmir. Biz belə xanımlarda həmin prosedurları edirik və heç bir əks-göstərişlər və ya fəsadlar yaranmır".

S.Abdullayeva onu da bildirib ki, pasiyentlər arasında ən populyar olan botoks, dolğular və üz dartdırmaq üçün "qızıl saplar"la prosedurlardır:

"Xanımlara tövsiyəm odur ki, özlərini dünyanın ən gözəl qadını hesab etsinlər. Komplekslərdən azad olsunlar. Düzgün və sağlam həyat tərzi keçirsinlər. Bütün bunlar olduqda üz dərisi də təravətli və gözəl olacaq. Ondan sonra hər hansısa kosmetoloji prosedurlar aparmaq olar.

Kosmetoloqa gedən insan elə bir həkim seçməlidir ki, onun tibbi diplomu, kosmetologiyada sertifikatları və azı beş il bu sahədə iş təcrübəsinə malik olmalıdır. Pasiyentler ucuz preparatların, eləcə də prosedurların arxasınca qaçmasın. Həkim yanına gələndə öncə qiyməti soruşurlar. Nədənsə bizdə qiyməti daha önəmli sayırlar, nəinki peşəkarlığı".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 820   Tarix: 21 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995