Həkim "FaceApp"da özünü "qocaldanlara" səsləndi: "Depressiya yaradır"

Həkim "FaceApp"da özünü "qocaldanlara" səsləndi: "Depressiya yaradır"
Rusiyalı həkim Valeri Novoselov “FaceApp” proqramı vasitəsilə “özünü qocaldanları” tənqid edib.
Həkim deyib ki, bu, insanların psixoloji durumuna da mənfi təsir göstərir.

Mütəxəssis sosial şəbəkə istifadəçilərini belə proqramlardan uzaq durmağa çağırıb: “Əlbəttə ki, bu proqram insanın həyat tərzini, genetikasını, vərdişlərini bilə bilməz. Halbuki, daim spirtli içki qəbul edən, siqaret çəkən adam yaşlandıqda sağlam həyat tərzi keçirmiş həmyaşıdı ilə eyni cür görünə bilməz. İnsanlar bunu nəzərə almalıdır. Amma gənclər özlərini belə proqramlar vasitəsilə “qocaldıb”, sonra da depressiyaya düşürlər”.

Novoselov hesab edir ki, proqramın göstərdiyi ilə insanın illər sonrakı real zahiri görünüşü uzağı 33 faiz uyğun ola bilər.(bizimyol)

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 1000 Tarix: 21.07.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər