Körpəm barmaqların ucunda gəzir...

Körpəm barmaqların ucunda gəzir...Bir çox analar bu problemlə üzləşirlər. Təzə yeriməyə başlayan körpə barmaqların ucunda durur və yeriyir.

Uşaq niyə belə edir? Bu hər hansı xəstəlikdir? - analar yorulmadan bu sualları bir birinə, qohumlara, tanışlara verir. Nəticədə ana stress vəziyyətinə düşür, uşağa "düzgün" yeriməyi öyrətməyə çalışır, həkimləri gəzir və s.

Həkimlər belə hesab edirlər ki, yeriməyə başladıqda vaxtaşırı olaraq barmaqların ucunda yerimək, demək olar, bütün uşaqlar üçün xasdır və təbiidir. Belə hesab olunur ki, uşaq bu üsulla dünyanı dərk etməyə çalışır, daha böyük və hündür olmaq istəyir, bəzi hallarda özünü kimə isə oxşatmağa çalışır (hündürdaban ayaqqabıda gəzən anaya, balet iştirakçılarına və s.).

Müasir uşaqların bir çox hissəsi "xodunki"də yeriməyə öyrənir. Bir çox hallarda məhz "xodunki" uşaqda bu vərdişi formalaşdırır - uşağın ayaqları yerə dəymir və uşaq məcburən barmaqların ucunda gəzməli olur. Nəticədə belə vərdiş formalaşır.

Beləliklə, sağlam və normal (yaşına uyğun) inkişaf edən uşaqlarda 3 yaşına kimi vaxtaşırı olaraq (daim yox!) barmaqların ucunda yeriməsi heç bir pozulmanın simptomu sayılmır və buna görə narahat olmağa dəyməz.

Lakin bəzi hallarda uşağın barmaqların ucunda yeriməsi ciddi nevroloji xəstəliklərin əlaməti də ola bilər. Təbii ki, bu simptomdan əlavə uşaqda digər və daha ciddi nevroloji simptomlar inkişaf edir.

Uşaq 4, 5 və daha böyük yaşlarda barmaqların ucunda yeridikdə, uşağı mütləq nevroloqa göstərmək lazımdır.

Uşaq daim barmaqların ucunda gəzdikdə, bu "əzələ distoniyası" (ayaqların əzələlərinin tonusunun geyri-bərabər olması) adlandırılan pozulmanın simptomu ola bilər. Bu zaman uşağa massaj, xüsusi gimnastik məşğələlər, üzgüçülük, bəzi fizioterapevtik üsullar yaxşı kömək edə bilər. Bəzi hallarda uşağa xüsusi dərman preparatları da təyin olunur. Adətən müalicədən sonra uşaq bu vərdişdən tam azad olur.(milli)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1638   Tarix: 20 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yuxu zamanı ağızdan axan maye nəyi göstərir?

Yuxu zamanı ağızdan axan suyun ölümcül xəstəliklərin əlaməti ola biləcəyi vurğulanıb. Yuxu zamanı suyun axması ümumiyyətlə normal fizioloji prosesdir. Yuxu zamanı bədən rahatlaşır və əzələlər rahatlaşır. Bu, həmçinin ağız və boğaz əzələlərinin rahatlamasına səbəb olur ki, bu da tüpürcəyin sərbəst axmasın

11.02.2024 1083
.

Hər gün bir banan yesək, orqanizm necə reaksiya verəcək?

İndiki vaxtda sağlam qidalanma və düzgün qida seçimi hər zamankından daha vacibdir. Bu nöqtədə bəzi sirli və təsirli qidalar var ki, onların möcüzəvi təsiri göz ardı edilə bilməz. xəbər verir ki, meyvənin tərkibindəki vitaminlər, minerallar və antioksidantlar orqanizmi qidalandırır, immunitet sistemin

07.04.2024 508
.

Bu halda su içmək ziyandır

Daha sağlam və fit bir bədənə sahib olmaq üçün görülməli olan əsas işlərdən biri də su içməkdir. Bəzi insanlar su içməyi sevərkən, bəziləri günlərlə su içməyə bilər. Su içməmək orqanizm üçün ən zərərli vərdişlər sırasındadır. Bununla belə, düzgün vaxtlarda su içmək lazımdır. Yanlış vaxtda su içmək sağlamlığınız

16.02.2024 1234
.

Həkimlərdən təhlükəli ağrıkəsicilər barədə XƏBƏRDARLIQ

Dəri prosedurları zamanı istifadə edilən tərkibində lidokain olan ağrıkəsicilər qıcolma və ürək problemlərinə səbəb ola bilər. Bu barədə ABŞ Qida və Dərman Administrasiyasına (FDA) məlumat verib. Lidokainli kremlər, gellər, spreylər və sabunlar mikrodermabraziya, lazer epilyasiyası, tatuaj və pirsin

07.04.2024 379
.

Orqanizmi qripdən qoruyan zülal kəşf edildi

Alimlər COVID-19, qrip və digər viruslardan qoruya bilən zülal kəşf ediblər. xarici mətbuata istinadən xəbər verir ki, AGO4 zülalı nadir antiinflamatuar xüsusiyyətlərə malikdir. Tədqiqatçılar zərərli mikroorqanizmlərə qarşı ən böyük həssaslıq unikal protein çatışmazlığı olan hüceyrələrdə müşahidə olunur

31.12.2023 967
.

Yorğun hiss edirsinizsə, bunları yeyin

Yorğunluq özünü daha çox qış ayında büruzə verir. Əksər insanlar fəsil dəyişən zaman bu haldan əziyyət çəkir. Ancaq halsızlıq, yorğunluq çox zaman qanazlığı və vitamin çatışmazlığının da əlaməti ola bilər. Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, əgər sizdə yorğunluqla yanaşı saç tökülməsi

25.02.2024 1152
.

Müvəqqəti korluq insulta səbəb ola bilər

Mütəxəssislər insultdan bir neçə saat əvvəl baş verən qeyri-adi əlaməti açıqlayıblar. xarici mətbuata istinadən xəbər verir ki, insultdan əvvəl müvəqqəti korluq yaranır. Adətən bir neçə saniyədən bir neçə dəqiqəyə qədər davam edən qısamüddətli görmə itkisi müxtəlif səbəblərdən yarana bilər. Məlumdu

07.04.2024 265
.

Allergik qidaların uşaqların immunitetinə təsiri AÇIQLANDI

"Hazırda mütəxəssislər allergiya ilə bağlı fikirlərini dəyişiblər". Bu barədə rusiyalı uşaq qastroenteroloqu Yekaterina Yablokova danışıb. O qeyd edib ki, əvvəllər həkimlər və valideynlər allergiyası olan uşaqları məhdudlaşdırmağa, onları demək olar ki, qapaq altında böyütməyə çalışırdılar

24.02.2024 806
.

Alzheymer riskini artıran metal bəlli oldu

Bəzi diş pastalarının qablaşdırılması zamanı istifadə olunan aliminium kağız (folqa) Alzheymer xəstəliyi riskini artıra bilər. Bu barədə rusiyalı həkim, tibb elmləri namizədi Sergey Çudakov məlumat verib. "Alüminiumun Alzheymer xəstəliyi riskinin artması ilə əlaqəsi var və bu əlaqə elm tərəfində

18.02.2024 818