Çeçen toyuna qaz hücumu - "Təkcə onu gördüm ki, adamlar milçək kimi yerə tökülürdü"

Çeçen toyuna qaz hücumu - "Təkcə onu gördüm ki, adamlar milçək kimi yerə tökülürdü"Avstriyanın İnsbruk şəhərində çeçenlərin toyunda kütləvi zəhərlənmə baş verib. Təntənə üçün böyük zal icarəyə götürmüş bəyin ailəsi 200 qonaq qəbul edib.

BiG.AZ virtualaz.org-a istinadən bildirir ki, təxminən saat 21-də qonaqlar özlərini pis hiss ediblər. Şahidlərin sözlərinə görə, ilk olaraq astmadan əziyyət çəkən gənc qız öskürməyə və təngnəfəs olmağa başlayıb. Bir neçə dəqiqə ərzində onlarla adam huşunu itirib.

"Hər şey eyni vaxtda baş verib, bu isə o deməkdir ki, söhbət qida zəhərlənməsindən getmir", - Tirolun kriminal polisinin rəisi Kristof Kirşmayr deyib. Polis toyda verilmiş bütün yeməkləri və içkiləri yoxlayıb. "Onların zəhərlənmə ilə bağlı olması az inandırıcıdır", - polis rəisi bildirib.

Avstriya hüquq-mühafizə orqanları hələlik çeçenlərin toyda nədən zəhərləndiklərini aydınlaşdıra bilməyib. Əsas versiyalardan biri hərbi əhəmiyyətli qaz, yaxud qaz sızmasıdır. Bir çox əlamətlər belə deməyə əsas verir ki, toyda məhz hərbi qazdan istifadə edilib. Avstriya Silahlı Qüvvələrinin kimya-bioloji ekspertləri hadisə yerində cihazlarla bunu müəyyən edə biliblər. Şahidlər və zərərçəkənlər də bildirirlər ki, bu, məqsədli diversiya olub.

"Hər şey toyun sonuna yaxın başlayıb, - "Kavkaz.Realii" nəşrinə müsahibəsində qonaqlardan biri olmuş 30 yaşlı Aslanbəy deyib. - Qonaqlar artıq getməyə hazırlaşırdılar və birdən qışqırıq səsləri gəldi. Biz dostlarla birlikdə küçədə durmuşduq. Fikirləşdik ki, içəridə kimsə atış açıb və zala qaçdıq. İçəridən açıq havaya çatmağa çalışan insanlar çıxırdı. Lakin az qala dərhal huşlarını itirib yıxılırdılar. Biz onları tutub küçəyə çıxarırdıq".

Xilasetmə əməliyyatında xüsusi geyim olmadan iştirak etmiş 12 yanğınsöndürən dərhal yuyunmağa getməli və geyimlərini dezinfeksiya üçün təhvil verməli olublar. Tirol yanından mühafizə xidmətinin aparıcı kimyaçısı Manfred Holtserin gözlərinə görə, mütəxəssislərin zəhərlənmənin təbiətini müəyyənləşdirmək üçün ilk cəhdləri uğursuz olub - cihazlar reaksiya verməyib.

Buna görə də, xilasedicilər rahatlanaraq müdafiə maskalarını çıxarıblar. Lakin bundan dərhal sonra ölçmə cihazı hansısa hərbi qazın yüksək konsentrasiyasını göstərib. Həmin maddənin mənbəyi bir qadın çantası olub. Fəqət çantanın diqqətlə axtarışı zamanı onun içərisində şübhəli heç nə tapılmayıb."Düşünürük ki, bu, terror aktıdır. Əlbəttə, hələlik bunu iddia edə bilmirik, əlimizdə sübutar yoxdur, maddənin biokimyəvi analizinin nəticələrini gözləyirik. Lakin çox güman ki, bu, məqsədli aksiya olub", - bunu zərəçəkmişləri açıq havaya çıxarmış və onlara ilk tibbi yardımı göztərmiş 27 yaşlı Ruslan Satuyev deyib.

Hadisə baş verən zaman o, küçədə olub. "Kimsə deyirdi ki, ağ rəngdə qaz görüb, kimsə qəribə iydən danışırdı. Mən heç nə görmədim və hiss etmədim. Ancaq onu gördüm ki, insanlar milçək kimi yerə tökülürdülər, - o xatırlayır. - İçəridə həmin vaxt anam var idi və insanları küçəyə çıxardığımız vaxt gözlərim onu axtarırdı. İçəridə cəmi iki dəqiqə oldum ki, zərərçəkmişlərə kömək edim. Zəhərlənmə əlamətləri məndə artıq içəridən çıxandan sonra meydana çıxdı. Belə çıxır ki, bu qaz yalnız oksigenlə təmasda olduğu zaman tam qüvvəsi ilə təsir edir".

32 yaşlı Zarema da çeçenlərə qarşı diversiyanın törədilməsindən əmindir. O, zəiflik hiss etmiş ilk şəxslərdən olub. "Əvvəlcə boğazım gicişməyə başladı, sanki nəsə çox acı bir şey yemişdim. Sonra gözümdən yaş axmağa başladı, havam çatmırdı. Düşünürdüm ki, tezliklə huşumu itirəcəyəm", - o danışır.

Zarema özünə "təcili yardım" maşınında gəlib. Xəstəxanada onun qanını analiz üçün götürüblər. Cəmi iki saatdan sonra vəziyyəti yaxşılaşıb və həkimlər qadını evə buraxıblar. "Əminəm ki, bu, təbii qaz sızması deyil. Çeçenlərə qarşı əsl terror aktı idi", - Zarema əminliklə bildirir.

Bu müəmmalı zəhərlənməni araşdıran mütəxəssslər də çaşqın vəziyyətdədir. Müstəntiqlər aetıq az qala bütün şahidlərin və zərərçəkmişlərin ifadələrini alıblar. Hadisə yerindən götürülmüş maddələr biokimyəvi ekspertizaya göndərilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4538   Tarix: 20 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İrem Derici sevgilisi ilə Venesiyada- FOTOLAR

Türkiyəli müğənni İrem Derici sevgilisi Gökhan Fıratla birlikdə İtaliyanın Venesiya şəhərinə səyahət edib. xəbər verir ki, müğənni fotoları sosial şəbəkədə paylaşıb. Şəkillərə minlərlə rəy və bəyənmə gəlib

23.04.2024 234
.

Namiq "İmtahan"ı təqdim etdi

Müğənni Namiq Qaraçuxurlu yeni mahnısını təqdib edib. BİG.AZ xəbər verir ki. sözləri N. Qaraçuxurluya, musiqisi isə Mansur Qinyaza aid bəstə "İmtahan" adlanır. Mahnıda tar, kamança milli musiqi alətlərindən istifadə olunub. "İmtahan" ötən gündən etibarən meyxanaçının rəsmi musiq

23.04.2024 221
.

Çində sel və torpaq sürüşməsi: 4 ölü, 10 itkin

Çində güclü yağışlar nəticəsində daşqınlar olub. BİG.AZ xəbər verir ki, daşqınlar və torpaq sürüşməsi nəticəsində azı 4 nəfər ölüb. İtkin düşən 10 nəfərin axtarışının davam etdiyi bildirilsə də, evakuasiya olunanların sayı 110 minə çatıb. Ölkənin cənub bölgələrində, xüsusilə Çinin Quanqdonq əyalətind

23.04.2024 157
.

Tayvanda 6,1 və 6 bal gücündə zəlzələ oldu

Tayvanın Hualien şəhərində ardıcıl 2 zəlzələ olub. xəbər verir ki, zəlzələ 6,1 və 6 bal gücündə baş verib. Bu barədə ABŞ Geoloji Araşdırma (USGS) məlumat yayıb. Zəlzələ 6 dəqiqə intervalla 10 kilometr dərinlikdə qeydə alınıb. İlkin məlumatlara görə, zəlzələlərdə heç bir can və mal itkisi olmayıb. Qey

23.04.2024 189
.

"Moskvada mühüm görüşün pərdəarxası məqamları" - Politoloq detalları açıqladı

"Azərbaycanın xarici siyasəti hər zaman praqmatikliyi ilə seçilib. Bu illər ərzində ölkəmiz regionda daim sabitləşdirici mövqedən çıxış edərək region ətrafında qlobal güclər arasında ziddiyyətlərin aradan qaldırılması üçün əlindən gələni edib. Balanslı siyasət nəticəsində sabit bölgə üçün daim vuruşa

23.04.2024 301
.

Həbs olunmuş separatçıların Qarabağdakı mülkərinin taleyi NECƏ OLACAQ? - AÇIQLAMA

Bildiyimiz kimi, vaxtilə Qarabağda fəaliyyət göstərmiş qanunsuz qondarma "qurum"un keçmiş rəhbərləri hazırda Bakıda həbsdədir və onlarım dindirilməsi prosesi gedir. Vaxtilə Qarabağda erməni sakinlərindən "oyuncaq" kimi istifadə edən bu separatçıların Qarabağda qanunsuz olaraq tikdirdiy

23.04.2024 293
.

Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO

Bir müddət əvvəl müalicə olunduğu psixiatriya xəstəxanasında vəfat edən "Buta Palace"ın keçmiş art direktoru Ramiz Taxvelinin cinayət işi üzrə dayandırılmış məhkəmə prosesi yenidən başlayıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda mərhu

23.04.2024 377
.

DİN-dən Anastasiya ilə bağlı - Açıqlama

Xəbər verdiyimiz kimi, bir müddət öncə Bakının Yasamal rayonu ərazisində birgə yaşadıqları evdə ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirmiş Anastasiya Bektimirova videomüraciət yayıb. DİN-in Mətbuat Xidmətindən BİG.AZ-a verilən məlumata görə, vətəndaş Anastasiya Bektimirovanın müraciəti nəzarət

23.04.2024 357
.

İsrail 200 gün ərzində Qəzzada 34 183 nəfəri öldürdü

İsrail ordusunun 200 gündür Qəzzaya hücumları davam edir. xəbər verir ki, Qəzza sektorunda ölənlərin sayı son 24 saat ərzində 32 nəfər artaraq 34 min 183 nəfərə çatıb. Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağına hücumları nəticəsində daha 5

23.04.2024 159