Təranə Qumral: "Kürəkənimi istirahətə göndərəcəyəm"

Təranə Qumral: "Kürəkənimi istirahətə göndərəcəyəm"BiG.AZ xəbər verir ki, müğənni Təranə Qumral ölkə.az-ın suallarını cavablandırıb.

- Təranə xanım, həyat yoldaşınız Musa Musayevin toyda sizə görə adam vurması barədə bir müddət öncə verdiyiniz açıqlama sosial şəbəkədə yenidən müzakirə edilir. Hətta fikirlərinizi kinayə ilə qarşılayanlar da var...

- Köhnə şeyləri, onsuz da, yazırlar. Yəqin ki, bizi çox sevdiklərindəndir. Əslində, belə şeylərə görə heç kimə müzakirə vermirəm. Ona görə də mənim haqqımda məlumat tapmayanda, keçmişi qurdalamağa başlayırlar. Çünki biz mətbuat üçün də, insanlar üçün də maraqlıyıq.

- Deyəsən, istirahətdəsiniz...

- İstirahətdən qayıtmışıq, hazırda işimizə davam edirik, toylarımız var. İstirahətə balaca qızım Sevgim, Musa və mən getmişdik. Çünki sabah nəvəmin sünnət toyudur.

- Hansı nəvənizin?

- Ortancıl qızım Fidanın oğlu Mircavadın toyudur. Həm də beş yaşı tamam olur.

- Təbrik edirəm. Yəqin ki, nənə kimi böyük hədiyyəniz olacaq.

- Nənə ona toy edir də (gülür).

- Nənə toyu edib çəkdiyi xərci götürəcək də. Mən hədiyyəni soruşurdum.

- Biz toyda pul yığmırıq. Ümumiyyətlə, toylarımızda nəmər siyahısı olmur.

- Yəni, toyu nəvəyə hədiyyə edirsiz...

- Toydan sonra nəvəm Mircavadı, qızım Fidanı, kürəkənim Mircavadı istirahətə Antalyaya istirahətə göndərəcəyəm.

- Belə bir nənəmiz də olmadı...

- (gülür)

- Sirr deyilsə, istirahətə nə qədər xərciniz çıxdı?

- Bu dəfə sırf istirahətə getmişdim. İstirahətimizi İstanbulda etdik, Antalyaya getmədim. Xərci demək istəmirəm, oxuyub söyəcəklər.

- Əslində, açıqlama olmayanda daha böyük məbləğlər düşünə bilərlər...

- Səkkiz günlük istirahətə on min xərcimiz çıxdı. Çox gözəl dincəldik. Xeyli vaxtdır işləməkdən yorğun idim. Toyların qızğın vaxtının olmasına baxmayaraq, qazanmağı yox, dincəlməyi seçdim.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1734   Tarix: 20 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ad günündə Elçinin olmaması diqqət çəkdi - FOTOlar

Xalq şairi Sabir Rüstəmxanlının xanımı, Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı ailəsi ilə olan fotolarını paylaşıb. BİG.AZ axşam.az-a istinadən bildirir ki, şəkildə S.Rüstəmxanlı, övladı Aydan və nəvələri yer alıblar. T.Rüstəmxanlı qızı Aydanın ad günü olduğunu vurğulayıb. O, övladın

14.04.2024 8521
.

"Ölümünə sevirəm..." - Vüsalədən DİQQƏTÇƏKƏN PAYLAŞIM - FOTO

Aparıcı Vüsalə Əlizadə sosial media hesabında paylaşım edib. xəbər verir ki, aparıcının paylaşımına yazdığı sözlər diqqət çəkib. "Sevdiyim insanları ölümünə sevirəm, sildiyim insanları ölmüş kimi unuduram!" . Paylaşım marağa səbəb olub

14.04.2024 1006
.

Fərqanə Qasımova qızı ilə - Foto

Əməkdar artist Fərqanə Qasımova qızı Fatimə ilə fotosunu paylaşıb. Axşam.az xəbər verir ki, xanəndə şəklin qudası, Xalq artisti Natiq Şirinovun qızı Sevilin toyunda çəkildiyini bildirib. Qeyd edək ki, Fatimə N.Şirinovun oğlu Ümid Natiqoğlu ilə ailəlidir. Cütlüyün bir qız övladı var

14.04.2024 1182
.

"Oğlanlar oriyental rəqs edir, bu faciədir"

Əməkdar artist Elza Seyidcahan "Yaxşı deyək, yaxşı eşidək" verilişində balaca qızın "Tərəkəmə" rəqsini oğlan kimi oynamasına əsəbiləşib. Axşam.az xəbər verir ki, müğənni oğlanlarla qızların rəqsinin fərqli olduğunu bildirib. O, rəqsləri əks cinsin nümayəndəsinin ifa etməsini "faciə"

13.04.2024 292
.

Bu da aparıcı Zümrüdün qızı Ləman - YENİ FOTO

Tanınmış aparıcı Zümrüd Bədəlova sosial şəbəkədə paylaşım edib. xəbər verir ki, Zümrüd instaqram hesabında qızı Ləmanın görüntülərini paylaşıb. Onun paylaşımı izləyicilərin marağına səbəb olub. Görüntülərə xoş sözlər yazıblar. Həmin fotonu təqdim edirik:

13.04.2024 5418
.

Bu da Tünzalə Ağayevanın qızı Fidan - FOTOLAR

Xalq artisti Tünzalə Ağayeva qızı Fidanla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, müğənni qızı ilə yeni fotolarını izləyiciləri ilə bölüşüb. O, şəkillərə "Mənə görə dünya səndən ibarətdir, qızım" qısa şərhini yazıb

14.04.2024 8345
.

"İndi oxumaqdan çox danışmaq lazımdır"

Xalq artisti Niyaməddin Musayev "7 Tamam" verilişində qonaq olub. Axşam.az xəbər verir ki, sənətçi proqramda aparıcı Nanə Ağamalıyevanın "Övladlarınızın səsi var" sualına belə cavab verib: . "Səsləri, avazları var, amma onları qoymaram ki, incəsənət dalınca getsinlər, oxusunlar

12.04.2024 381
.

Bu da Ayanın SEVGİLİSİ - FOTO

Müğənni Ayan Babakişiyeva sevgilisi ilə şəklini paylaşıb. OLAY yazır ki, sənətçi instaqramın hekayə bölməsində yerləşdirdiyi fotoda həmin bəyin üzünü gizlədib. "Həm bu dünyaya, həm də mənim dünyama xoş gəldin, həyatımın adamı. Səni çox sevirəm"

14.04.2024 1257
.

Müğənnidən ETİRAZ: "Efirlərimiz arvad bazarı, qeybət yeri olub"

"Efirlərimizdə bu gün elə aparıcılar var ki, aparıcılıq etməsələr, daha yaxşı olardı. Əlbəttə ki, bu sözlərim hər aparıcıya aid deyil. İnsanlar şəxsi həyatlarını, öz ayıblarını verilişlərdə açıb-ağardırlar, aparıcılar da onlara şərait yaradır. Allah ayıbları örtəndir. Deyirlər ki, sən başqasını

13.04.2024 351