Övladınızın narkotikaya qurşandığını göstərən 10 əlamət – Valideynlərin diqqətinə!

Övladınızın narkotikaya qurşandığını göstərən 10 əlamət – Valideynlərin diqqətinə!Mütəxəssislər bildirir ki, bir yeniyetmənin, gəncin narkoman olmasına səbəb və yol ailədən başlayır. Valideynin yaxşı, pis olmasının fərqi yoxdur, ailədə, evdə hökm sürən ab-hava uşaqları nəzarət olunmayacaq addıma sövq edir. Bəzən valideynlərin uşağı çox güdməsi, sıxması, xırdaçılığı və ya tamamən görməzdən gəlib azadlıq verib özbaşına buraxması uşağı depressiv bir hala salaraq, hardasa başqa şeylərdən həzz, zövq və rahatlıq tapmağa vadar edir.

Düzdür bu hər uşaqla baş vermir. Amma indi narkomaniya elə yayılıb ki, ən sakit uşağı belə ruhunu incitmədən cənginə alır.

BiG.AZ medicina-ya istinadən xəbər verir ki, valideynlərin diqqətinə bir uşağın (fərqi yoxdur qız, oğlan) narkotik istifadə etdiyini göstərən əlamətləri çatdırır.

1.Fiziki əlamətlər

Bu uşağın nə qəbul etməsindən asılıdır. Amma ən birinci əlamət göz bəbəklərinin daralması, yığılması və işığa reaksiya verməməsidir. Bəzən isə göz bəbəkləri çox geniş açılmış, bərəlmiş olur. Baxışı donuq şüşə kimidir, gözləri qızarır. Əlləri soyuqdur, az yeyir, iştahı yoxdur, sevimli yeməyinə biganədir, qəbizliyi var. Çox yatır. Dərisi ağ, quru, solğundur.

2.Qəbul etdiyi maddəni orqanizmə təsiri

Bunu da qəbuldan bir neçə saat sonra görmək olur. Təzyiqin qalxması, ürək döyüntüsünün sürətlənməsi, bədənin, əl-ayağın özündən asılı olmadan atışı, titrəməsi, depressiya, elə fikirlər düşünür ki, əvvələr ağlına gəlmirdi. Kiminsə onu izləməsini hiss etməsi.
Həşiş, marixuana çəkdikdə uşaq çox gülür, əylənir, zarafat edir, iştahlıdır, çox yeyir, çox rahatdır, yayılır, göz bəbəkləri kəskin işığa reaksiya vermir, gün ərzində əhvalı kəskin dəyişir, birdən özünə qapılır

3.Siqaret çəkir

Statistikaya görə, birdən-birə açıq aşkar siqaretə başlayan yeniyetmələrin 50%-i artıq marixuanaya başlamış olur. Onlar siqaret çəkmək altında gizlənir, həm də üst-başlarından siqaret qoxusu gəlməklə narkotik qoxusunu gizlədirlər.

4.Qəribə əşyalar

Siz onun əşyaları içərisində, şkafında, çantasında əvvəllər olmayan əşyalar görə bilərsiz: qəlyan borucuğu, qutu, trubka qəlyan, şpris, bint, yod və s. Eləcə də müxtəlif digər fərqli əşyalar.

5.Evdən çıxmağa can atır

Əvvəllər evdən zibil atmağa, çörək almağa güclə çıxan və bundan xoşlanmayan uşaq birdən-birə evdən çıxmağa səbəb axtarır. Nə lazımdırsa edər, təki evdən çıxsın. Bir səbəb olmadıqda isə səbəbsiz çıxır, çox vaxt yerini demir və ya yanıldır.

6.Telefon, kompüterini gizlədir

Bütün istifadə etdiyi qadjetləri parola qoyur, kiminsə açmağını, hətta istifadə etməyini istəmir. Kiminlə yazışdığını gizlədir. Telefonla danışanda, səslərə qulaq asanda evdən çıxır.

7.Yeni dostları peyda olub

Uşağın əhatəsində olmayan, tanış olmağa səbəbi belə olmadığı yeni tanışları, dostları peyda olub. Siz onun dilindən müxtəlif adlar eşidir, soruşanda dostumdur deyir. Amma bu dostu barədə heç bir informasiya vermir.

8.Onun cibxərcliyi artıb, tez –tez pul istəyir

Uşağa gündəlik yolpulu, yemək pulu və xırda-para yetəcək qədər pul versəz də, o pulu tez yoxa çıxarır, yenə pul istəyir, pulsuzluqdan gileylənir. Xərcinin artdığını, ya nəsə aldığını deyir. Pul olmadıqda isə bəzi əşyalarını satır. Əgər uşaq bir gün gəlib telefonum pis idi, satdım, yaxşısını alacam deyirsə, bu o deməkdir ki, o artıq ciddi təhlükədədir.

9.Yuxusu çox pozulub

Ya lazım olmayan vaxtda yatır, ya da yatmır. 2-3 günlərlə yatmaya bilər. Yuxulu gəzir, amma çarpayıya uzandıqda yata bilmir. Yuxuda tərləyir, narahatdır.

10.Geyimi dəyişib

Geyimi səliqəsiz, kirli olur, buna fikir vermir. Təzə geyim almır. Qəfildən dağınıq, uzunqol, kip qolları olan geyimlər geyinir. Qısaqol geyimdən qaçır. Pinti, dağınıq, baxımsız görünür. Üst-başını dəyişəndə, düzəldəndə isə aqressiya göstərir.

Əgər bu və digər əlamətlər varsa, uşağı ehtiyatla izləmək, sorğu-sual etmək və dərhal hərəkətə keçmək, bu işi peşəkarlarla görmək sizin borcunuzdur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 844   Tarix: 20 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

ABŞ-da bıçaqlı hücum: 4 ölü

ABŞ-ın İllinoys ştatında bıçaqlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həlak olub, 5 nəfər yaralanıb. Bildirilir ki, yaralılardan birinin vəziyyəti ağırdır. Polis hadisə yerinə gəlib və hücum edən şəxs saxlanılıb. Faktla bağlı araşdırma başladılıb

28.03.2024 144
.

Narkotikə anası ilə birgə başlayan Tupakın müəmmalı ölümü - VİDEO

Baku TV-də yayımlanan "Retro Baku" verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki sayı tarixin ən böyük hip-hop sənətçilərindən biri olan Tupak Amaru Şakura həsr olunub. Tupak Amaru Şakur 16 iyun 1971-ci ildə Nyu-Yorkda anadan olub. Doğulanda adı LesEyn Periş Kruks olub. Bu a

28.03.2024 140
.

7-8 il əzab verdiyi arvadı gözünü itirib...

Bakıda həyat yoldaşına əzab verməkdə təqsirləndirilən 1986-cı il təvəllüdlü Y. Bektimirovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, A.Bektimirovaya müxtəlifdərəcəli xəsarətlər yetirən, eləcə də onun bir gözünü itirməsinə səbəb olan şəxs Cinayət Məcəlləsinin 133.2.6-cı (Əzab vermə

28.03.2024 260
.

Eyni ailənin 6 üzvü öldüyü qəzanın görüntüləri ortaya çıxıb - VİDEO

Eyni ailənin 6 üzvünün öldüyü fəlakətli qəzanın görüntüləri ortaya çıxıb. BİG.AZ xəbər verir ki, hadisə Türkiyədə baş verib. Yol-nəqliyyat hadisəsinin təhlükəsizlik kamerası vasitəsi ilə qeydə alınıb

28.03.2024 575
.

Azərbaycanda taksilər ağ və qırmızı rəngdə olacaq

Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin xarici tərtibatına dair tələblər müəyyənləşib. APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə oluna

28.03.2024 358
.

Liftdəki ölümə görə yüksəkvəzifəli şəxsə şiddətli töhmət verildi - FOTO

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı ilə əlaqədar ümumi lift təsərrüfatının vəziyyəti təhlil edilib. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib. Qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiyyətind

28.03.2024 395
.

"Uçot dərəcələrinin real iqtisadiyyata təsiri yetərincə deyil"- Ekspert

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti (AMB) uçot dərəcəsi ilə bağlı növbəti qərarını açıqlayıb.AMB uçot faiz dərəcəsini 7,75%-dən 7,5%-ə endirib. Faiz dəhlizinin aşağı həddi 6,25% saxlayıb. Faiz dəhlizinin yuxarı həddi isə 8,75%-dən 8,5%-ə endirilib. İqtisadçı ekspert Emin Qəribli -a bildirib ki

28.03.2024 238
.

Almaniyada avtobus avtomobil yolunda aşıb

Almaniyanın Leypsiq şəhərində avtobus magistral yolda aşıb. BİG.az xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həyatını itirib. 20-dən çox adam yaralanıb. Avtobusun İsveçrənin Sürix şəhərinə getdiyi bildirilib. Avtobusun hansı səbəbdən aşdığı məlum deyil. Sözügedən yolda nəqliyyat vasitələrinin hərəkət

28.03.2024 136
.

İsrail 7 oktyabrdan etibarən 212 məktəbə zərbə endirib

İsrail 7 oktyabrdan etibarən Qəzzaya hücumları davam edir. BİG.AZ xəbər verir ki, İsrail 212 məktəbə zərbə endirib. Bu barədə Birləşmiş Millətlər Təşkilatı (BMT) və bəzi qeyri-hökumət təşkilatlarının hazırladığı hesabatda bildirilib. Həmin məktəblərdən 53-ü tamamilə məhv edilib

28.03.2024 124